XİN rəhbəri: Bakı delimitasiya prosesinə hazırdır!

XİN rəhbəri: Bakı delimitasiya prosesinə hazırdır!
Noyabrın 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Annika Söder ilə videokonfrans formatında görüşü baş tutub.

XİN-dən Sfera.az-a verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari təhlükəsizlik vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən regionda nəqliyyat kommunikasiyaların açılması ilə bağlı Azərbaycan tərəfindən görülən tədbirlər və digər məsələlər barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın bölgədə uzunmüddətli sülh və əminamanlığın təmin olunması mövqeyindən çıxış etdiyi vurğulanıb. Azərbaycanın beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla delimitasiya prosesinə başlamağa hazır olduğu, lakin Ermənistan tərəfindən buna qarşılıq verilmədiyi qeyd olunub.

Nazir, həmçinin azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən quruculuq işlərindən danışıb, eləcə də ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı regional layihələr, onların geniş coğrafi bölgənin inkişafı və tərəqqisinə xidmət etdiyini bildirib.

Öz növbəsində xüsusi nümayəndə Annika Söder ATƏT-in fəaliyyətdə olan sədri qismində İsveçin Cənubi Qafqaz bölgəsində regional əməkdaşlığı, bu xüsusda Azərbaycanın səylərini dəstəklədiyini bildirib, bu istiqamətdə fəaliyyətin bütün bölgənin inkişafı üçün önəmli olduğunu ifadə edib.

Tərəflər, Azərbaycanın ATƏT ilə əməkdaşlığı, o cümlədən həyata keçirilən layihələri və gələcək planları, habelə cari ili dekabr ayında Stokholm şəhərində keçiriləcək ATƏT-in Nazirlər Şurasının 28-ci iclasına hazırlıq məsələlərini müzakirə ediblər.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...