XİN-nin iki vəzifəlisinə kabinetlərini tərk etməmək tapşırılıb - TƏFƏRRÜAT

XİN-nin iki vəzifəlisinə kabinetlərini tərk etməmək tapşırılıb - TƏFƏRRÜAT

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində həyata keçirdiyi əməliyyatın bəzi təfərrüatları bəlli olub.


Sfera.az-ın məlumatına görə, hazırda Xarici İşlər Nazirinin müavini Nadir Hüseynovun və Avropa Birliyi ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəri Elxan Azayevin xidməti otaqlarından çıxmaması barədə göstəriş var. Elxan Azayev həm də Xarici İşlər Nazirliyi Həmkarlar İttifaqı komitəsinin rəhbəridir.


Məlumat üçün bildirək ki, Məmmədyarov 2004-cü ildə nazir vəzifəsinə təyin olunandan sonra onu Xarici İşlər Nazirliyinin Həmkarlar İttifaqı komitəsinə rəhbər gətirib. Nazirin təqdimatı ilə 2012-ci ilin iyulunda dövlət başçısının fərmanı ilə Elxan Azayevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. Hazırda isə Avropa Birliyi ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəridir.


Məmmədyarov 2008-ci ilin sentyabrında Elxan Azayevlə tikinti biznesinə qərar verir və "DİPLOMAT 2008" Mənzil Tikinti Kooperativini qeydiyyatdan keçirir. Şirkət 25 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 33 A, 53-dür. Ofisi XİN-in Konsulluq İdarəsinin keçmiş binası ilə üzbəüzdə yerləşir.


Dövlət reyestri məlumatlarına görə qanuni təmsilçisi Elxan Çərkəz oğlu Azayevdir.


Şirkəti idarə edən Azayevin diplomat kimi fəaliyyətilə bağlı mənbələrdə heç bir məlumata rast gəlmək olmur. Onun adı bir neçə dəfə şirkətin satdığı mənzillərlə bağlı məhkəmə çəkişmələrində çəkilir.


 

Şirkət daşınmaz əmlak bazarına bahalı mənzillər təqdim edir. Məsələn, "DİPLOMAT 2008" MTK tərəfindən Xarici İşlər Nazirliyinin arxasında, Yasamal rayonu 422-ci məhəllə, M.İbrahimov küçəsi 53 (Nizami metrosuna yaxin) ünvanında inşa edilmiş 20 mərtəbəli, 110 mənzilli binada 166 kv metrlik təmirsiz mənzil 600 min manat civarındadır. Şirkət Sumqayıtda iri ticarət mərkəzi tikib, hazırda Ağ Şəhərdə 1-ci fəvvarələr küçəsində 7 bloklu binaların tikintisini başa çatdırmaq üzrədir...”


Orxan

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Samir Şərifov Milli Məclisdə - Azalmalar gözlənilir...

"Koronavirus pandemiyasının yayılması qlobal iqtisadiyyatda neqativ meyllərinin artmasına gətirib çıxarıb”. Sfera.az-ın məlumatına görə, bunu Milli Məclis...

Gömrük generalı İsmayıl Hüseynovla bağlı araşdırma başlandı - Təfərrüat

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, general-mayor İsmayıl Hüseynovla bağlı araşdırma başlanıb. Sfera.az-ın məlumatına görə, gömrük generalını...

“Təkliflərimizə baxılmadı...” – Tanınmış həkim Operativ Qərargahı tənqid etdi

"Karantin rejimi yumşalsa da ictimai nəqliyyatdakı sıxlıq və çimərliklərdə davranış qaydalarınınmüəyyənləşməməsi pandemiya təhlükəsinin hələ də ciddi olaraq qa...

Pensiyalar və digər sosial ödənişlərlə bağlı mühüm AÇIQLAMA

  Azərbaycanda heç bir sosial layihənin icrası təxirə salınmayıb. Sfera.az  bildirir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu g...

SMS icazə ləğv edildi – Operativ Qərargahdan yumşalma qərarı

  Operativ Qərargah yeni məlumat yayıb. Sfera.az  xəbər verir ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının ...

“YAP-dan göstəriş olsa, hesabat verərəm...” – Deputatlar gəlirlərini açıqlayacaqmı?

"Göstəriş olsa, verəcəyik”. Sfera.az-a açıqlamasında bu sözləri Milli Məclisin deputatı Erkin Qədirlinin ictimaiyyətə özünün gəlir və xərcləri barədə mal...