XİN: Ermənistanın beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir

XİN: Ermənistanın beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan XİN-in Şuşa Bəyannaməsi ilə bağlı açıqlamasını şərh edib.

Sfera.az-ın xəbərinə görə, Azərbaycan XİN-in açıqlamasında deyilir:

Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsini şərh edərək bu sənədin erməni xalqına qarşı yönəldiyini iddia edən Ermənistan XİN-i hələ də Ermənistanın onilliklər ərzində davam edən təcavüzkar siyasətinin, qonşu dövlətin ərazilərinə olan iddialarının, xalqın rifahına deyil, bir qrup insanın maraqlarına xidmət edən siyasət yürütməsinin və nəhayət, sərgilədiyi revanşist mövqeyinin məhz erməni xalqına qarşı olduğunu dərk etmir. Ermənistanın bu barışmaz mövqeyi bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına başlıca maneədir.

Beynəlxalq hüququn fundamental normalarını, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını onilliklə ərzində kobud şəkildə pozan, bir milyonadək azərbaycanlının insan hüquqlarını heçə sayan Ermənistan XİN-inin indi beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir. Beynəlxalq hüquqa istinad edən Ermənistan, ilk növbədə ona hörmət etməyi öyrənməlidir.

Azərbaycan və Türkiyə liderləri tərəfindən təklif edilən regional əməkdaşlıq platformasını rədd edən Ermənistanın XİN-in, bunu "erməni xalqına qarşı təhlükə” və "bölgə üçün təhdid” bəhanələri altında təqdim etməsi isə Ermənistanın sülh, əməkdaşlıq, inkişaf meyllərindən nə qədər uzaq olduğunu açıq şəkildə nümayiş etdirir.

Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi ilə bölgədə yeni vəziyyət formalaşıb və regional əməkdaşlığın həyata keçirilməsi üçün unikal imkanlar yaranıb. Bu vəziyyəti dərk edərək, əməkdaşlıqdan faydalanmaq və ya bunun əksi artıq Ermənistanın verəcəyi qərardır. Azərbaycan və Türkiyə isə Şuşa Bəyannaməsində də ehtiva olunduğu kimi, "beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərini davam etdirəcəklər”.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...