XİN: Ermənistan müxtəlif bəhanələrlə öhdəliklərini yerinə yetirmir

XİN: Ermənistan müxtəlif bəhanələrlə öhdəliklərini yerinə yetirmir
"Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Prezidentinin ölkənin Quba rayonunda sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlərin, imzalanmış üçtərəfli bəyanatlara guya ki, uyğun olmaması və Ermənistanın ərazi bütövlüyünə təhdid təşkil etməsi iddiası İrəvanın öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdığını gizlətmək, öz əhalisində əsassız fobialar yaratmaq və beynəlxalq ictimaiyyətin diqqətini bu məsələdən yayındırmaq cəhdidir".

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.

"Azərbaycan tərəfi dəfələrlə və ən yüksək səviyyədə üç ölkə liderinin imzaladığı birgə bəyanatların icrasının vacibliyini vurğulayıb, tərəfimizdən bu istiqamətdə konkret addımlar atılıb. Ermənistan isə üzərindən bir ildən çox vaxt keçməsinə baxmayaraq, müxtəlif bəhanələrlə öhdəliklərini yerinə yetirmir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına əngəl törədir. Azərbaycanın Qarabağ bölgəsinə əsassız iddialarından hələ də əl çəkməyən, revanşizm sərgiləyən Ermənistan Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşdırılması addımlarına qarşılıq vermir.

30 ilə yaxın Azərbaycanın ərazilərini qanunsuz işğal altında saxlayan və beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayan Ermənistan XİN-inə, indi saxta əsaslarla beynəlxalq ictimaiyyətə üz tutmaqdansa, öz ölkə liderlərinin imzaladığı bəyanatları diqqətlə oxumağı və bu sənədlərlə üzərilərinə götürdükləri öhdəliklərin icrasına keçməyi tövsiyə edirik", - məlumatda qeyd edilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Kremldə cızılan təhlükəli “Türküstan ssenarisi” – KTMT taciklərin əli ilə Fərqanə vadisinə girməyə çalışır

Qırğızıstan-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib. İlkin məlumatlara görə, dünən saat 17:30-dan 18:00-a qədər Tacikistan Milli Təhlükəsizlik Dövl...

İlham Əliyev Kunio Makuriyanı videoformatda qəbul etdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanı videoformatda qəbul edib. ...

Kuba səfirinin diplomatik fəaliyyəti başa çatdı - Foto

Xarici işlər naziri Ceyhun Bayramov Kuba Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondonu ölkəmizd...

Prezident qanunu təsdiqlədi

Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu təsdiqləyib. Sfera.az xəbər verir ki, dəyişikliyə əsasən, əmək ...

Yerevanın qaçhaqaçla açılan "45-ci günü" - Müharibədən sonra Rusiya pasportu alan ermənilərin sayı açıqlandı

"Ötən il 46 min 900-dən çox erməni Rusiya vətəndaşlığı alıb. Bu, bir ölkə üçün dəhşətli statistikadır. 44 günlük müharibədən sonra ermənilərin Rusiyaya köçü d...

Rusiyanın müharibə planı haqda: "Ukraynadan sonra növbə Özbəkistana gələcək və oradan da..."

"Sovetlər Birliyi dağıldıqdan sonra Rusiya hər zaman istər Qafqaz, istərsə də Orta Asiya ölkələrini təhdid altında saxlamağa çalışıb. Rusiya Federasiyasının Müs...