No Image
No Image

XİN başçısı Fransa Milli Assambleyasının üzvləri ilə görüşdü

XİN başçısı Fransa Milli Assambleyasının üzvləri ilə görüşdü
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambleyasının ölkəmizdə səfərdə olan üzvləri ilə görüşüb.


Bu barədə Sfera.az-a XİN-dən məlumat verilib.

Nazir Ceyhun Bayramov qonaqları salamlayıb və həyata keçirilən səfərin bölgədəki vəziyyətlə bağlı dolğun məlumatın əldə edilməsi ilə yanaşı, ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verə biləcəyini qeyd edib.

Bölgədəki cari vəziyyət, xüsusilə də post-münaqişə mərhələsi barədə qarşı tərəfə ətraflı məlumat verən nazir, Milli Assambleya üzvlərinin çoxsaylı suallarını cavablandırıb.

Nazir Ceyhun Bayramov Azərbaycan-Fransa münasibətlərinin cari vəziyyəti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı vəziyyət və bu xüsusda Azərbaycan tərəfindən atılan addımlar, Azərbaycanın sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etdiyi təqdirdə, Ermənistan rəsmi dairələri tərəfindən səsləndirilən revanşist bəyanatlar, habelə sərhəd gərginliyi, delimitasiya və demarkasiya prosesinə başlamaqla bağlı Azərbaycanın mövqeyi, bölgədə insan həyatına başlıca təhdid olan mina məsələsi, azad olunmuş ərazilərin bərpası prosesi və bu prosesdə iştirak edən xarici şirkətlər barəsində qarşı tərəfə məlumat verib.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıb.


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Putin hərəkətə keçəcək, yeni müqavilə imzalanacaq" - Erməni təxribatının sonu necə olacaq?

Xəbər verdiyimiz kimi ötən gün Ermənistan tərəfi atəşkəsi yenidən pozub.    Erməni təxribatı nəticəsində bir hərbi qulluqçumuz şəhid olub.  ...

Fransa prezidenti Azərbaycana nə üçün gəlir? - "Ermənistanda dediklərini Azərbaycanda desə..."

Xəbər verdiyimiz kimi Fransa prezidenti Emmanuel Makronun Ermənistandan sonra Azərbaycana rəsmi səfəri planlaşdırılır.   Fransa ilə Azərbaycan arasınd...

Müdafiə Nazirliyi sərhəddəki gərginliklə bağlı açıqlama yaydı

  Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir. Bu barədə Sfera.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bil...

Qərb ölkələri Rusiyanı niyə sevmir? - Lavrov səbəbini açıqladı

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Qərb ölkələrinin Rusiyanı sevməmə səbəbini açıqlayıb. Sfera.az Sputnik-ə istinadən xəbər verir ki, Lavrov Qərb...

Rusiya nümayəndə heyəti Bakıda danışıqlara başladı - FOTO

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iyulun 23-də Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçın başçılıq e...

Azərbaycan-Özbəkistan Birgə hökumətlərarası komissiyanın yeni tərkibi təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası ...