Xidməti vəsiqə ilə hərəkətinə icazə verilən qurumların - SİYAHISI

Xidməti vəsiqə ilə hərəkətinə icazə verilən qurumların - SİYAHISI
 Sərtləşdirilmiş xüsusi karantin rejimində xidməti vəsiqələri əsasında hərəkət etmələrinə yol verilən qurumların adları açıqlanıb.

Sfera.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədovun "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" imzaladığı qərarda bildirilib.

Sərtləşdirilmiş xüsusi karantin rejimində xidməti vəsiqələri əsasında hərəkət etmələrinə yol verilən qurumlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları;

2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;

3. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;

4. Dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;

5. Hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

6. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

OXŞAR XƏBƏRLƏR

Təzə deputatın paylaşdığı bu foto tənqid olundu – Zülümovsayağı...

 Son günlər mətbuatda və sosial şəbəkəlrdə bəzi köhnə və yeni deputatların belə demək mümkünsə, konfliktinə, bir-birinin ünvanına yönələn atmacalarına rast...

Prezident onları təltif etdi — SİYAHI

 Prezident İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb.  Sfera.az xəbər verir ki, sərəncamla dövlət qulluğ...

Deputatlar təcili parlamentə çağırıldı - Nə baş verir?

 Bu gün Milli Məclisin deputatları təcili olaraq parlamentə çağırılıb.  Sfera.az xəbər verir ki, hazırda deputatlar Milli Məclisin binasında COV...

Zeynal Nağdəliyevin daha bir əməkdaşı İŞDƏN ÇIXARILDI

 Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin daha bir əməkdaşı işdən çıxarılıb. Sfera.az xəbər veri...

“Yollar nəzarətə götürülüb” - Müdafiə Nazirliyindən BƏYANAT

 Azərbaycan Ordusunun 2016-cı və 2018-ci illərdə həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən ...

Azərbaycana giriş-çıxışa tətbiq olunan məhdudiyyət uzadıldı - RƏSMİ

 Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 iyul 2020-ci il tarixinədək uzadılır. Bu barədə Sfera.az-a Naz...