Xidmətdən narazı qalan vətəndaşa kommunal ödəniş etməmək hüququ verilsin? - RƏY

Xidmətdən narazı qalan vətəndaşa kommunal ödəniş etməmək hüququ verilsin? - RƏY
 

"Belə vəziyyətdə, prosesdən sui-istifadə halları artacaq. Ona görə də Rusiyada təklif olunan sözügedən məsələ Azərbaycan reallığına adekvat deyil”


Sfera.az-a açıqlamasında bu sözləri göstərilən xidmətlər normalara cavab vermədiyi təqdirdə, əhaliyə kommunal ödənişləri ödəməmək hüququnun verilməsilə bağlı Rusiyalı deputatların səsləndirdiyi təklifin Azərbaycanda da öz əksini tapmasına münasibət bildirərkən "Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli deyib. Həmsöhbətimizin fikrincə, məsələyə bu cür yanaşma doğru deyil:


"Fikrimcə, göstərilən keyfiyyət göstəriciləri normativlərə cavab vermədiyi təqdirdə əhaliyə kommunal xidmətə görə ödəniş həyata keçirməmək hüququnun verilməsi doğru yanaşma deyil. Bu problemdən çıxış yolu deyil. Sadəcə olaraq kommunal xidmətlərin ucuzlaşması və keyfiyyətinin yüksəldilməsinin tərəfdarıyam. Lakin əhaliyə göstərilən xidmət normalara cavab vermədiyi halda istifadə etdiyi kommunal xidmətə görə haqq ödəməmək hüququnun verilməsi istər-istəməz boşluq, subyektivlik yaradacaq və nəticədə prosesdə ciddi problemlər ortaya çıxacaq. Belə vəziyyətdə, prosesdən sui-istifadə halları artacaq”.


Q. İbrahimlinin fikrincə, bu məsələdə problemdən çıxış yolu qiymətlərin ucuzlaşması və keyfiyyətin yüksəlməsindən keçir: "Ona görə də sözügedən sahədə problemlərin həlli kommunal xidmətlərin qiymətinin ucuzlaşması və keyfiyyətinin yüksəlməsindən keçir. Ölkəmizdə məsələnin məhz bu konteksdə həllinin tərəfdarıyam”.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

"Avropanın ən güclü adamı” adını qazanan şotlandiyalı ağır atlet uğurunun sirrini açıqlayıb.    Sfera.az xəbər verir ki, bu barədə &q...

Poçettinonun taleyi sual altındadır - Klub qərar verməyib 

  "Çelsi" komandanın baş məşqçisi Maurisio Poçettinonun gələcəyi ilə bağlı qərar verməyib.   Sfera.az bildirir ki, London klubunun...

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Son zamanlar yalançı evliliklərin artması, bu istiqamətdə planlı atılan addımlar müzakirə obyekti olub. İddia edilir ki, bəzi xanımlar və ya bəylər qarşı tərəfl...