"Xiaomi" maşın istehsal edəcək

"Xiaomi” şirkəti 2024-cü ildən etibarən elektromobillərin kütləvi istehsalına başlamağı planlaşdırır.

Sfera.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Elektrokarın hazırlanması üçün artıq Pekin yaxınlığında 453 mütəxəssisin çalışdığı elmi-tədqiqat mərkəzi yaradılıb. Maşınların istehsalı isə digər zavodlarda həyata keçiriləcək.

Qeyd edilir ki, "Xiaomi” elektromobilləri smartfon cihazlarından tutmuş ağıllı evlərədək müxtəlif hissələri olan vahid ekosistemin bir parçası etmək niyyətindədir.


OXŞAR XƏBƏRLƏR