“Xəzər” TV-nin məşhur verilişi bağlandı — Tanınmış aparıcı telekanaldan ayrıldı - FOTO

“Xəzər” TV-nin məşhur verilişi bağlandı — Tanınmış aparıcı telekanaldan ayrıldı - FOTO
 "Bu gün 13 ildir ki, işlədiyim "Xəzər” TV-dən ayrılıram”.

Sfera.az xəbər verir ki, bu fikirləri "Xəzər” TV-nin əsas xəbər aparıcısı və "Xəzər Aktual” verlişinin aparıcısa Vamiq Nəsirov deyib:
 
"Bu gün 13 ildir ki, işlədiyim "Xəzər” TV-dən ayrılıram. Düz 13 il. Yaşadığım ömrün üçdə biri . "Xəzər” TV mənim evimdir. Əminəm ki, bundan sonra da belə olacaq. İndiyə qədər əgər nə isə əldə etmişəmsə bunda "Xəzər” TV-nin və onun kollektivinin böyük rolu var – rəhbər şəxlsərindən tutmuş sıravi işçilərinə qədər. İnqliab Məmmədov başda olmaqla xəbərlər departamentinin kollektivinə isə xüsusilə minnətdaram. Belə bir peşəkar komandanın üzvü olduğum üçün özümü şanslı hesab edirəm.

"Xəzər” TV yaradılanda bura necə həvəslə gəldiyimi xatırlayıram. Bu gün isə buradan gülər üzlə və alın açıqlığı ilə ayrılıram. Şirtkətin rəhəbri Murad Dadaşovla görüşümüzdə dediyi sözlər məni çox qürurlandırdı: "Sənə uğurlar arzulayıram. Amma nə vaxtsa televiziya üçün darıxsan, bil ki, burada sənin masan da, vəzifən də həmişə var”. Əgər kimsə işdən ayrılacaqsa ona məhz belə ayrılıq arzulayıram. Bir daha "Xəzər” ailəsinə – doğma ailəmə təşəkkür edirəm”, – deyə V. Nəsirov bildirib. (yenicag.az)

OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...