No Image
No Image

"Xəzər dənizinin qumu müalicəvidir, bədəni təmizləyir" - Məşhur həkimdən AÇIQLAMA

Məni bu yazını yazmağa vadar edən bizim vətəndaşlarımızın dənizdə istirahət etmək üçün başqa ölkələrə üz tutmasıdır. Əgər insanlar bilsələr ki, Xəzər dənizinin qumunun nə qədər faydaları var, heç yerə getməzlər.

Sfera.az xəbər verir ki, məşhur naturopat, fitoterapevt həkim Füzuli Hüseynov Xəzər dənizi çimərliklərinin qumunun bədənə və orqanizmə təsiri barədə açıqlama verib.

"Xəzər dənizinin qumu qızılı-qırmızı kvars qumundan ibarətdir. Bu nə deməkdir? Biz Xəzər qumu ilə qonşu Rusiya, Gürcüstan və Türkiyənin dəniz sahillərindəki qumu müqayisə etsək, görərik ki, Xəzər dənizinin sahilindəki qum dənələri çox kiçik ölçüdə olub güclü hiqroskopik xüsusiyyətə, yəni suyu hopdurmaq qabiliyyətinə malikdir.

Kvars qumu dəri ilə demək olar tam təmasa girir, dərinin bütün səthini örtür, özünün yığdığı günəş enerjisini çox asanlıqla bədənimizin daxilinə ötürür, dərialtı mübadiləni sürətləndirir, dərialtı kapilyar damarları genişləndirir, bununla da bütün iltihabi xəstəliklərin (revmatizm, artritlər, nevritlər və.s.) sağalmasına səbəb olur, limfa damarındakı durğunluğu, miozitləri (tez-tez qulunc olma) aradan qaldırır, sonra isə özünün hiqroskopik xüsusiyyəti sayəsində bizim bədənimizi tərləməyə məcbur edir. Bədənimizin artıq tullantılarını özünə hopdurur.

Siz bu xüsusiyyətləri Xəzər qumundan başqa heç bir dənizin qumunda tapa bilməzsiniz. Xəzər dənizinin qumunu əlinizə alın, islaq vəziyyətdə üzünüzə, qolunuza, ayaqlarınıza çoxlu sürtün, həm dəriniz canlanacaq, həm də hamarlanacaq, yəni təbii şəkildə pillinq olunacaq, bu üsul sellülitin müalicəsi üçün də əla vasitədir. Bu da yalnız Xəzər qumuna aid xüsusiyyətdir.


İmkanı olan şəxs səhər saat 12-yə qədər, axşam saat 6-dan sonra dəniz qırağında gəzməyə adət etsin. Uşaqlarınızı da tez-tez aparmağa çalışın, dəniz qırağının havası ilə şəhərin havası arasında çox fərqlər var.

Dəniz havası oksigen, maqnezium, yod, brom, natrium, kalium, kalsium və s. ilə olduqca zəngindir. Dərindən nəfəs alan zaman bunlar bizim ağciyərlərimizə daxil olur, oksidləşmə-reduksiya prosesini sürətləndirir (ona görə dəniz qırağında adam tez acır) və orqanizmin həyat qabiliyyətini artırır. Xəzərin həm havası, həm də qumu D vitamininə olan tələbatı təmin edir ki, bu da raxit xəstəliyinin qarşısını almaq üçün ən yaxşı vasitədir.

Ələt və Pirşağıda qırmızı kitaba düşmüş qırmızı kvars qum var ki, bu qum sağlamlıq üçün daha uyğundur./Medicina.az/
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronavirusa yoluxanları gözləyən dəhşətli TƏHLÜKƏ

Koronavirusa yoluxanlarda iki həftə ərzində kəskin ürək-damar xəstəlikləri ehtimalı artır.   Sfera.az xəbər verir ki, İsveçin Umea Universitetinin bir qr...

“Qarpız COVID-19 xəstələrini sağaldır” – Rusiyalı həkimlərdən “hər gün, bu şərtlərlə yeyin” açıqlaması

Qarpız koronavirusdan sağalan  insanlar üçün faydalıdır.   Sfera.az RİA Novosti-yə istinadla bildirir ki, terapevt Yelena Tixomirova və pediatr...

Pandemiya nə vaxt bitəcək? - ÜST rəsmiləri aydınlıq gətirir

 Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəsi Hande Harmancı və qurumun Avropa üzrə regional direktoru Hans Henri P. Kluge koronavirus p...

Koronavirusun "super növü" yarana bilər: Bu baş verərsə, hər 3 nəfərdən 1-i öləcək

İngiltərənin Fövqəladə Hallar üzrə Elmi Məsləhət Qrupu koronavirusun yeni növləri ilə bağlı hesabat dərc edib.   Sfera.az bildirir ki, hesabatda COVİD-19...

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 844 vaksin vurulub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operati...

Koronavirusa yoluxma sayı açıqlandı, 3 nəfər vəfat etdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 431 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Opera...