Xəzər dənizində köpək balığı tapılıb? - AÇIQLAMA/VİDEO
18:32 / 17.01.2022
3344
Xəzər dənizində köpək balığının olması iddia edilib.
Sfera.az xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.
ETS-nin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov bildirib ki, həmin görüntülər Xəzər dənizində çəkilməyib:
"Bu videonu dağıstan balıqçıları Oxot dənizində çəkilbər. Bunlar brakonyerlərdir. Onların istifadə etdiyi torlar ovlanma üçün qadağandır. Bu köhnə və "fake” görüntüdür”.
O qeyd edib ki, Xəzər dənizində köpək balığı yaşaya bilməz.