Xəzər dənizində 4,6 bal gücündə zəlzələ baş verib
01:19 / 04.11.2020
18766
Noyabrın 3-də yerli vaxtla saat 16:16-da Xəzər dənizində 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələlərin tədqiqatı bürosundan APA-ya verilən məlumata görə, yeraltı təkan 62 km dərinlikdə baş verib.
Qeyd edək ki, zəlzələ Xaçmaz rayonunda bəzi insanlar tərəfindən hiss olunub.