“Xəyanət etməmişəm, ona cadu ediblər”

“Xəyanət etməmişəm, ona cadu ediblər”

Bir neçə gün bundan əvvəl müğənni Işın Karacadan boşanan iş adamı Tuğrul Odabaş hər kəsi təəccübləndirəcək açıqlama verib.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, TV-yə müsahibə verərkən Işına cadu edildiyini bildirib: "Üç ildən sonra Işın sabah oyanıb anasıgilə gedir və "məni bu insandan boşa" deyir. Ortada xəyanət yoxdur. Evdə cadu tapmışıq. Qadına cadu ediblər".

I. Karaca Odabaşın sözügedən fikirlərinə münasibət bildirib. O, əvvəlcə süjeti yayımlanan kanalın əməkdaşı ilə mübahisə edib: "Siz ayıb bir şey etmisiz. Sizinlə danışmayacam. Bizim müzakirəmiz baş tuta bilməz".

 

"Nə cadusu? Texnologiya və elm dövründə yaşayırıq. Siz dəli olmusuz? Belə şey ola bilməz. Son dərəcə normal bir boşanma oldu. İnsanlar küsər və boşanar. Hər kəs bizə hörmətlə yanaşsın",- deyə sənətçi KİV nümayəndələrinə danışarkən deyib.


OXŞAR XƏBƏRLƏR