Xəyalınızdakı vücuda sahib olun - 1 həftə ərzində

Xəyalınızdakı vücuda sahib olun - 1 həftə ərzində

Diyetoloq Merve Tığlı Çinarın hazırladığı 7 gündə vücudumuzu yaza hazırlamaq barədə ipucları:

Bazar günü: Rasionunuzdan emal olunmuş qidaları çıxarın.

Marketlərdə rəflər arasında gəzmək çox maraqlı və xoş olsa da, tərkibləri haqqında hər hansı məlumata sahib olmadığınız qidaları alış-veriş səbətinizə atmağı tərgidin. Adlarını belə doğru tələffüz edə bilmədiyiniz bu qidaları kifayət qədər tanımırsınız. Bu vərdişlərdən çəkinmə və təbii qidalara üstünlük vermə zamanı gəlib çatmışdır.

Bazar ertəsi: Alkoqollu içkilərdən imtina edin

Alkoqollu içkilər həm olduqca çox kalori ehtiva edir, həm də susuzluğun yatırılmasında düzgün seçim deyil. Bununla bağlı aparılan araşdırmalar göstərir ki, qadınlar alkoqollu içkilərin qəbulundan sonra daha çox kalori alır.

Çərşənbə axşamı: Lifli qidalarla aranızı düzəldin

Lifli qidaların sizi uzun müddər tox saxladığını unutmayın. Bu, çox sadədir, edəcəyiniz tək şey yağsız qatığa 2 yemək qaşığı yulaf və salatınıza 2 çay qaşığı rəndələnmiş badam əlavə edin. Bunlarla vücudunuzu tam şəkildə doydura bilərsiniz.

Çərşənbə: Metabolizminizlə sevgiliniz kimi davranın

Sevgilinizlə ilk görüşdüyünüz günləri xatırlayın. Ondan müəyyən müddətdən bir gələn bir telefon, mesaj ya da süprizlər sizi necə də xoşbəxt edərdi. Monotonluqdan uzaq, bir münasibəti də daha yaxşıya doğru aparacaq hərəkətləri qidalanmanızda da tətbiq edərək onu daha canlı saxlaya bilərsiniz. Səhər yeməyinizi yedikdən sonra vücudunuzu təəccübləndirin və ona tox qalmasını təmin edəcək ləzzətli bir ara yemək göndərin. Bunun qarşılığında o da sizi xoşbəxt etmək üçün yağların yandırılmasını sürətləndirəcək.

Cümə axşamı: Şişkinliyə son

Duz və yağ nisbəti yüksək olan krakerlərin heç bir zərəri olmadığını düşünürsünüz? Hələ də şirin biskvitlərin içindəki şəkər miqdarını bilsəniz, onları yeməkdən dərhal imtina edərsiniz. Bu cür qidalar  çəkinizi artırmaqla yanaşı sizə şişkinlik də verir. Özünüzə işgəncə etməyə son qoyun və bol su içməklə bərabər bu şişkinliyi aradan qaldıracaq qidalardan yararlanın. Yüksək miqdarda su ehtiva edən ispanaq, xiyar və göyərtilərdən hazırlayacağınız ləzzətli bir salat sizə bu işdə yardımçı ola bilər. Eyni zamanda potasium ilə zəngin olan banan və portağal kimi qidaları da ara yeməklərdə istifadə etməyə diqqət etsəniz, vücudunuzda yaranan şişkinliklərdən qurtula bilərsiniz.

Cümə: Su içmək üçün günəşi gözləməyin

Hüceyrələrimiz bizdən daha proqramlı şəkildə hərəkət edir və kifayət qədər su içmədiyimiz halda dərhal su saxlamaq funksiyasını işə salır. Həmçinin suyu birnəfəsə içməyə də ehtiyac yoxdur. Suyu udum-udum içmək onun qan dövranına daha rahat çatmasını təmin edir. Bu şəkildə içildikdə su birbaşa böyrəklərə getmədiyi üçün vücud sudan daha səmərəli formada istifadə edəcək və siz də daim ayaqyoluna getmə ehtiyacı duymayacaqsınız.

Şənbə: Səhər yeməyi zamanıdır

İndiyədək üstündən keçdiyimiz günün ən önəmli yeməyi olan səhər yeməyini vərdiş halına gətirməyi qanun kimi qəbul edin. Yumurta və yulaf yarması ilə hazırlayacağınız ləzzətli bir omlet həm günə mükəmməl başlamağınızı təmin edəcək, həm də gün boyu sizi tox tutacaq. //qadın.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev ukraynalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfl...

Ermənistanda minatəmizləmə işləri ilə əlaqədar Bağanis-Voskepar yolu BAĞLANDI

Ermənistan polisi minatəmizləmə işlərini aparmaq və vətəndaşların bu ərazilərə daxil olmasına mane olmaq üçün Bağanis (Bağanis Ayrım - red.) - Voskepar (Aşağı Ə...

"Qərb danışıqlara nə qədər az müdaxilə etsə, Cənubi Qafqaza sülh o qədər tez gələcək"

“Məlum olduğu kimi, Azərbaycanın və Ermənistanın delimitasiya komissiyalarının aprelin 19-da keçirilmiş növbəti görüşündə sərhəd delimitasiyası prosesinin...

“Yeni strateji dövrdə Yelo innovativ bank mövqeyini gücləndirəcək” - MÜSAHİBƏ

Emil müəllim, xoş gördük. Gəlin 2023-cü ilə qısa baxış edək. Ötən ili həm Bankınız, həm də maliyyə sektoru üçün necə dəyərləndirirsiniz?   İlk öncə müs...

Azər Türk Bank daha bir filialını istifadəyə verdi - FOTOLAR

Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir.   Bu gün Bank Sumqayıt şəhərində yeni koseptdə açılan fiz...

Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi BAŞLADI

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəb...