Xətaidə yaşayış binasında yanğın olub
Hadisə
17:43 / 09.10.2021
1882
Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 56 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 6 m² sahədə və 1 ədəd kondisioner qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.