Xətai prospektində tıxac yaranıb – Foto
15:00 / 12.08.2020
1863
Hazırda paytaxtın Xətai prospektində sıxlıq və tıxac müşahidə edilir.
Sfera.az xəbər verir ki, prospektdəki sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır.
Tıxacın səbəbi bilinməsə də izdihamlı tıxacdan cana doyan sürücü və sərnişinlər avtomobillərindən enərək tıxacın bitməsini gözləyirlər.
Xatırladaq ki, bu, karantin dövrünün ən uzun və hərəkətsiz tıxacıdır.