\"Xətai\" mertostansiyası əsaslı təmirdən sonra istifadəyə verilib

\
 

Bakı metropoliteninin "Xətai" stansiyası istifadəyə verilib.

Sfera.az bildirir ki,  bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qeyd edək ki, 2018-ci il sentyabr ayının 27-dən "Xətai” stansiyası əsaslı təmir işləri ilə əlaqədar bağlanıb. Təmir dövründə "Xətai" stansiyasında 1968-ci ildən istifadədə olan "LT-2" tipli 3 eskalator sökülüb. Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Victoria Tube" tipli 4 eskalatoru quraşdırılıb. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılan 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verir.

"Xətai" stansiyasında eskalatorların yenilənəcəyi müddətdə vestibülün əsaslı təmiri də aparılıb. Burada divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənib, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunub.

 


OXŞAR XƏBƏRLƏR

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...