Xəstəxanada döyüldüyü deyilən qazi ilə bağlı AÇIQLAMA

Xəstəxanada döyüldüyü deyilən qazi ilə bağlı AÇIQLAMA
Sosial şəbəkələrdə Vətən müharibəsi qazisinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda döyülməsi haqda məlumat yayılıb.  

Bununla bağlı paylaşılan videoda deyilir ki, sağ ayağı və gözü protez olan qazi tibb müəssisəsinin iki mühafizəçisi tərəfindən fiziki şiddətə məruz qalıb. Görüntülərdə qeyd edilir ki, qazinin yaxınları xəstəxanaya gedərək hadisənin hansı səbəbdən baş verdiyini araşdırmağa çalışsa da, həmin mühafizəçiləri və xəstəxana rəhbərliyini tapa bilməyiblər. 

Hadisə ilə bağlı Elmi-Tədqiqat Travmatalogiya və Ortopediya İnstitutu ilə əlaqə saxladıq. İnstitutdan "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin qazi öz qohumunun müalicəsi ilə bağlı xəstəxanaya müraciət edib:

"O, digər vətəndaşların narazılığına baxmayaraq növbəsiz şəkildə qəbul şöbəsinin müdirinin otağına daxil olub. Vəzifə səlahiyyətlərini yerinə yetirən mühafizəçi ona növbə barədə məlumat vermək istəyib. Lakin bu zaman qazi mühafizəçiyə zərbə vurub. Orada olan şəxslərin köməkliyi ilə qazini sakitləşdirmək mümkün olub. Bununla bağlı akt da tərtib edilib. Eyni zamanda Nəsimi Rayon Polis Bölməsinin əməkdaşları məsələyə baxıb. Mühafizəçinin günahsız olduğu aydınlaşıb”.

Travmatalogiya və Ortopediya İnstitutundan eyni zamanda döyüldüyü deyilən mühafizəçinin fotosu da redaksiyamıza göndərilib: 

 
"Qafqazinfo"

OXŞAR XƏBƏRLƏR

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...