Xəstəliyini öyrənən qadın ərini atdı və yüzlərlə kişi ilə görüşməyə başladı - FOTO

Xəstəliyini öyrənən qadın ərini atdı və yüzlərlə kişi ilə görüşməyə başladı - FOTO
 Xərçəng xəstəliyi aşkarlanan qadın ərini ataraq, yüzlərlə kişi ilə görüşməyə başlayıb.

Sfera.az bildirir ki, Molli Koçan 41 yaşında olarkən xəstəliyi barədə xəbər tutub. O, müalicəyə başlayıb.

 

Müalicənin birinci mərhələsi uğurla bitib, ikinci mərhələdə hormonal terapiya başlayıb. Həkimlər Molliyə bu müalicənin onun libidosunu məhv edəcəyini bildiriblər. Lakin gözlənildiyinin əksinə olaraq, qadının cinsi istəyi artıb.

Bu zaman qadının əri ilə problemləri olub. Qadın ərindən ayrılmaq qərarına gəlib və başqa kişilərlə görüşməyə başlayıb.

"Bu görüşlər xəstəlik fikrindən yayınmaq üçün əla üsuldur”, - deyə qadın etiraf edib.

Lakin müalicəyə baxmayaraq, xəstəliyi gec aşkarlanan qadının həyatını xilas etmək mümkün olmayıb. O, 45 yaşında dünyasını dəyişib.

Mollinin hekayəsini isə yaxın rəfiqəsi paylaşıb.

(oxu.az)


OXŞAR XƏBƏRLƏR