“Xəstəliyi beyninə salanlar gec-tez yoluxacaq” – “Psixoloji koronavirus” orqanizmi necə məhv edir?

“Xəstəliyi beyninə salanlar gec-tez yoluxacaq” – “Psixoloji koronavirus” orqanizmi necə məhv edir?
Koronavirusun yeni "Omikron” ştammının aşkar edilməsi bir sıra ölkələrin yenidən qapanma qərarları verməsinə səbəb olub. Digər mutasiyalardan daha sürətlə yayılan "Omikron” variantı insanların psixoloji durumuna da mənfi təsir edir. Bəzən insanlar yoluxmaq qorxusu ilə yaşadıqlarına görə həqiqətən də xəstələnir.
 
Maraqlıdır, insanların koronavirusa yoluxmadığı halda yoluxduğunu zənn etməsi və ardınca da xəstələnməsinin tibbi izahı varmı?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Gülnar Orucova deyib ki, insanın psixoloji olaraq özünü xəstə olduğuna inandırması koronavirusa yoluxmasından daha təhlükəlidir:

"Təəssüf ki, koronavirusa yoluxmaq riski indi daha böyükdür. Söhbət heç də koronavirusun yeni "Omikron” ştammının aşkar edilməsindən və ya yeni ştammların təhlükəli olmasından getmir. Məsələ ondadır ki, hazırda mövsümi qriplər artıb və bir çox hallarda insanlar bunu koronavirusla səhv salır. İnsanlar ətrafında qripə yoluxan insanlara baxaraq, xəstə olmadığı halda özünü xəstələnəcəyinə inandırır. Anlamırlar ki, "koronavirusa yoluxacam” fikri ilə yaşamaq, virusa yoluxmaqdan daha təhlükəlidir. 
 
Bir insan koronavirusa yoluxmadığı halda "məndə koronavirus var” deyirsə, o, gec-tez koronavirusa yoluxacaq. Çünki şəxs özünü psixoloji olaraq buna inandırır. Beyin də öz növbəsində bunu belə qəbul edərək bütün bədənə eyni formada siqnallar ötürür. Tədricən immunitet düşür və insan gec-tec koronavirusa yoluxur. Ona görə də "psixoloji koronavirus”u "Omikron" ştammından daha təhlükəli hesab edirəm”.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Tanınmış həkim VƏFAT ETDİ - FOTO

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az xəbər verir ki, hadisə aprelin 24-də, m...

Peskovdan həbs edilən məmurla bağlı AÇIQLAMA: ”Xəyanət məsələsi…” 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbs edilməsinə münasibət bildirib.   Sfera.az bildirir ki, o, bu barə...

BŞİH-dən 153 saylı məktəbdəki tüstülənmə ilə bağlı AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.   Bu barədə Sfera.az-a Bakı Şəhər Təhsil...

Prezidentin uğurumuzun səbəbləri ilə bağlı açıqlaması bəzilərinə ciddi siqnaldır

Prezident İlham Əliyevin Rusiyaya səfər edəcəyinə dair məlumat ictimailəşdirildikdən sonra təkcə cəmiyyətimizdə deyil, ölkə xaricində də geniş müzakirələr başla...

Bu səbəbdən insanların ölüm riski ARTIB

İqlim dəyişikliyi səbəbindən qlobal istiləşmə xüsusilə Avropa qitəsinə dağıdıcı təsir göstərir.   Sfera.az xəbər verir ki, 2023-cü il Avropa İqlim H...

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu COP29-a dəvət edib.   Sfera.az xəbər verir ki, bu barədə dövlət başçısı qırğ...