Xəstəliyə yoluxan uşaqlarda qızdırma, öskürək, halsızlıq və...

Xəstəliyə yoluxan uşaqlarda qızdırma, öskürək, halsızlıq və...
Ölkəmizdə son günlər uşaqlar arasında virus yayılıb. Xəstəliyə yoluxan uşaqlarda qızdırma, öskürək, halsızlıq və iştahasızlıq kimi əlamətlər müşahidə olunur.

Sfera.az istinadən xəbər verir ki, həkim-pediatr Günay Rəsulovanın sözlərinə görə, yayılan virus adi qripdir, "influenza" virusunun A və ya B ştamıdır. Sosial şəbəkələrdə onu mənşəyi bilinməyən və təhlükəli virus adlandırsalar da, həmin virus tibb elminə neçə illərdi ki, məlumdur: "Bu virus bağçaya, məktəbə gedən, kollektivə çıxan uşaqlarda daha sürətlə və daha tez yayılır. Eyni zamanda, "influenza" qripinin yoluxuculuğu 1 faiz olduğu üçün uşaqlar arasında daha çox yayılma xüsusiyyəti var. "İnfluenza", başqa sözlə qrip virusu bəzən uşaqlar arasında yüksək qızdırma, bəzən beş gündən, bir həftədən çox davam edən, aşırı halsızlıq, yorğunluq və ciddi öskürəklə müşahidə olunur. Bəzən öskürək halları 15-20 günə qədər davam edə bilər və həmin əlamətlər valideynlərin daha çox narahatlığına səbəb olur".

Bəzən uşaqlar həm yeni növ koronovirusu (COVID-19), həm də qripi paralel şəkildə keçirirlər. Həkim-pediatr deyib ki, bundan qorunmaq üçün rotavirus əleyhinə peyvəndlər körpələrin 2-4 və ya 3-5 aylarında vurulmalıdır: "Bu virus qış mövsümündə daha çox yayıldığına görə poliklinikalarda altı ayından etibarən uşaqların infeksiyaya qarşı peyvəndlənməsi aparılır. Həmin peyvənddən sonra uşaqlar bu infeksiyaya ya yoluxmur, ya da yoluxsa, xəstəliyi çox yüngül keçirirlər. Çox vaxt valideynlər uşağın COVID-19-za yoluxub-yoluxmadığı barədə soruşurlar. Nadir hallarda uşaq həm qripi, həm də COVID-i paralel keçirə bilər".

Valideynlər çox vaxt övladlarını vaxtında xəstəxanaya aparmır və uşağın vəziyyətini ev şəraitində daha da ağırlaşdırırlar. Xəstəliyin əlamətləri müşahidə edildiyi zaman mütləq şəkildə həkimə müraciət olunmalıdır.
 
milli.az/

OXŞAR XƏBƏRLƏR

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...