Xəstəlik adı ilə pul toplayan qadın lüks həyat yaşayırmış – FOTO
15:08 / 12.11.2020
2946
İngiltərədə yaşayan Nikol Elkabas adlı qadın xəstəlikdən əziyyət çəkdiyi barədə yalan danışaraq topladığı pulları qumarda uduzub.
Sfera.az xəbər verir ki, o, yumurtalıq xərçəngindən əziyyət çəkdiyi barədə sosial şəbəkədə məlumat paylaşıb.
Hətta inandırıcı olsun deyə, xəstəxana otaqlarının birində fotoşəkil çəkdirərək paylaşan qadın insanlardan kömək istəyib. Bu yolla o, 45 min funt sterlinq toplaya bilib.
Ancaq onun yalan danışdığı barədə şübhələr yarandıqdan sonra polislər qadını saxlayıblar.
Dindirilmə zamanı N.Elkabas topladığı pullarla dəbdəbəli həyat sürdüyünü, bir qismini isə qumarda uduzduğunu etiraf edib.
Jalə Mehdi
Sfera.az