Xərçəngin yayılmasının qarşısını alan maddə tapıldı

Xərçəngin yayılmasının qarşısını alan maddə tapıldı
ABŞ və Kanada alimlərinin birgə tədqiqatları zamanı  avokadoların tərkibində leykoz (qan xərçəngi) xəstəliyi zamanı xərçəng hüceyrələrinin yayılmasına səbəb olan fermenti məhv edən maddə aşkarlanıb.

Sfera.az xəbər verir ki, leykoz hüceyrələri maddələr mübadiləsində iştirak edən çox miqdarda "VLCAD” fermentini ehtiva edir. Alimlər isə bu fermenti məhv edə biləcək maddənin axtarışında idilər. Çünki, xərçəng hüceyrələri bu fermentlər əsasında çoxalır.

Fermenti məhv edəcək ən yaxşı maddə yalnız avokadolarda olan, yağlar sinfinə aid "avokatin B” maddəsi olub. Alimlər əvvəllər də diabetin qarşısının alınmasında və piylənmə ilə mübarizədə "avokatin B”nin istifadəsini təklif etmişlər.

Alimlər yeni kəşfin qan xərçəngi ilə mübarizə üçün dərman hazırlanmasına kömək edəcəyinə ümid edirlər.


OXŞAR XƏBƏRLƏR