Xələf Xələfov Gürcüstanla \"Keşikçidağ” üzrə danışıqların nəticələri haqda

Xələf Xələfov Gürcüstanla \
 

"Keşikçidağ" hissəsində sərhəd Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunur.

 

Sfera.az bildirir ki, bunu Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların son iclasında müzakirə olunan məsələləri şərh edərkən Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

 

Xələf Xələfov bildirib ki, beynəlxalq hüquqa əsasən, SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası və Gürcüstan avtomatik olaraq aralarında mövcud olan əvvəlki inzibati sərhədlərin varisi olublar: "Sonradan bu sərhədlər dövlət sərhədləri oldu və iki ölkənin sərhəd xidmətlərinin nəzarəti altına keçdi. "Keşikçidağ" hissəsində sərhəd həmişə olub və o, Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunurdu və qorunmaqda davam etdirilir”.

 

Nazir müavini onu da vurğulayıb ki, gürcüstanlı zəvvarların "Keşikçidağ” qoruğunun ərazisində yerləşən mağaralara keçidləri gürcü tərəfinin xahişinə və qarşılıqlı razılaşmaya əsasən Azərbaycan sərhədçilərinin nəzarəti altında gerçəkləşirdi: "Belə vəziyyət bu gün də davam edir. Öz ərazisində bəzi təsərrüfat və ya digər işlərin həyata keçirilməsinə gəldikdə isə, bu, hər bir tərəfin suveren hüququdur”.


OXŞAR XƏBƏRLƏR