XƏBƏRDARLIQ: Whatsapp hesabınız elə keçirilə bilər! - Nə etməlisiniz?

XƏBƏRDARLIQ: Whatsapp hesabınız elə keçirilə bilər! - Nə etməlisiniz?
Yerli Whatsapp istifadəçilərinə kiber təxribatlar var.
 
Sfera.az xəbər verir ki, bu barədə texnologiya üzrə ekspert Fərid Pərdəşünas paylaşım edib. 
 
O, bildirib ki, "Whatsapp" hesablar ələ keçirilə bilər. 
 
Bəs proses necə baş verir?

* Təxribatı törədən şəxs sizin nömrəniz ilə başqa telefonda Whatsappdan qeydiyyatdan keçir.

* Bu zaman sizin smartfona təsdiqləmə kodu gəlir. Çox adam bu koda fikir vermir.

* Üstündən az bir müddət keçməmiş sizin Whatsapp nömrənizə başqa bir Azərbaycan nömrəsindən mesaj gəlir ki, "əlim dəydi səhvən sizin nömrəyə getdi kod, zəhmət olmasa o kodu mənə göndərə bilərsiniz?"

* Beləliklə siz o kodu göndərən zaman, qarşı tərəfə öz Whatsapp hesabınızı öz əllərinizlə vermiş olursunuz.

"Bura qədər hər şey bəsitdir. Kim bunu edər deyirsiniz? Amma təxribat zəncirvaridir. Bir nəfərin "Whatsapp"ı ələ keçəndən sonra artıq həmin adamın nömrəsindən onun tanışlarına yazılmağa başlanır ki, qardaşım bəs sənə kod göndərdim, əlim dəydi səhvən. Onu göndər mənə. Məsələn, əgər mənim "Whatsapp hesabım oğurlanıbsa, bundan sonra mənim tanışlarıma hücum olunur. Tanışlarım da mənə güvəndiyi üçün kodu mənə verirlər.

Bu məşhur sosial mühəndislik nümunəsidir. Hazırda zərər çəkənlər var. Diqqətli olmağınızı, belə kodlar gələndə heç kimlə bölüşməməyinizi məsləhət görürəm", - deyə ekspert bildirib. 
 
Aysel
Sfera.az


OXŞAR XƏBƏRLƏR