No Image
No Image

XƏBƏRDARLIQ: Sabah paytaxtın bəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

XƏBƏRDARLIQ: Sabah paytaxtın bəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xocalı soyqırımı faciəsinin 29-cu ildönümü ilə əlaqədar sabah paytaxtın bəzi yollarında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

Sfera.az  xəbər verir ki, bu barədə  açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, sabah səhər saat 08:00-dan etibarən Xətai rayonu Xocalı prospekti "Ana fəryadı” abidəsi qarşısında keçiriləcək yürüş tədbirinin təhlükəsiz təşkil edilməsi məqsədilə Xocalı prospekti ilə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq:

"Eləcə də paralel olaraq paytaxtın Xocalı prospekti ilə kəsişən və bu prospektə bitişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Buna görə də nəqliyyat vasitələrinin alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Belə ki, sabah "Ana fəryadı” abidəsi istiqamətinə doğru Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Nobel prospekti və 10-cu Zavod dairəsindən, eləcə də Xocalı prospekti ilə kəsişən bütün küçələrdə hərəkət edən avtomobillərin istiqaməti dəyişdirilir. Sadalanan istiqamətlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması sabah səhər saat 08:00-dan ən son ziyarətçi çıxana qədər davam edəcək.

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar "Ana fəryadı” abidəsini ziyarət edənlərin təhlükəsizliyini təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar. Ötən illərdən fərqli olaraq insanların hazırda ölkə ərazisində koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimini nəzərə almaları, sosial məsafəni gözləmək və qoruyucu vasitələrdən istifadə etməklə beş nəfərdən ibarət qrup şəklində ziyarət etmələri xahiş olunur.

İzdihamın yaranmaması üçün insanlar Nəcəfqulu Rəfiyev küçəsindən başlayaraq "Ana fəryadı” abidəsini ziyarət etdikdən sonra "Şah İsmayıl Xətai” metrostansiyasının qarşısı ilə Natiq Əliyev küçəsinin kəsişməsi istiqamətində hərəkəti davam etdirmələri tövsiyə olunur”.

"Ziyarətçilərdən şəxsi nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyatdan istifadə etmələri xahiş olunur”, - deyə V.Əsədov qeyd edib.
 
(oxu.az)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Eyni məktəbdən 2 müəllimə 4 gün fərqlə koronavirus qurbanı oldu

4 gün ərzində eyni məktəbdən iki müəllim koronavirusdan vəfat edib. Sfera.az xəbər verir ki, söhbət Bakıda yerləşən 20 nömrəli məktəb-liseyin müəllimləri ...

AMEA 130 min manatlıq tender keçirdi: Qalib AMEA-da direktor müavini oldu – FOTOFAKT

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.   Sfera.az açıqlanan rəsmi məlum...

"Səhər saatlarından axşam 20:00-dək..." - Həftəsonları ictimai nəqliyyat işləyəcək?

"Son həftələr əksər ölkələrdə, o cümlədən Azərbaycanda virusa yoluxanların sayında artımlar müşahidə olunsa da, dövlətlərin pandemiya ilə mübarizə tədbirləri bi...

Ramazanda vaksin vurdurmaq olarmı? - Hacı Şahin açıqladı

"Ramazan ayı boyunca məscidlərdə canlı xütbələr olacaq. Canlı yayım vasitəsilə, sosial şəbəkələr üzərindən insanlar bu ayinləri icra edə biləcəklər”. Sfer...

Gömrük Komitəsi ölkədən çıxarılan pullarla bağlı məlumat yaydı

"Ötən gün bəzi kütləvi informasiya vasitələrində Hesablama Palatasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatına istinadən yeddi bank vasitəsilə ölkədən nağd...

Azərbaycanda pandemiyanın bitəcəyi TARİX AÇIQLANDI - VİDEO

Azərbaycanda vaksinasiya artıq sürətli getməyə başlayıb. Azərbaycanda istifadə olunan vaksinlərin hamısı təhlükəsizlik baxımından dünyanın ən ciddi labaratoriya...