Xatirə İslamın TV-lərlə qonorar davasına həmkarlarından REAKSİYA – “Pulu sənətkara verərlər...”

Xatirə İslamın TV-lərlə qonorar davasına həmkarlarından REAKSİYA – “Pulu sənətkara verərlər...”
Ötən həftə müğənni Xatirə İslam efirə çıxmaq üçün proqramlardan pul tələb edəcəyini bildirmişdi. Bu açıqlama sənət aləmində fikir ayrılıqlarına, müxtəlif reaksiyalara səbəb olub.
 
Belə ki, aktrisa-aparıcı Oksana Rəsulovainstaqramda canlı yayımda  "Sən efir sayəsində tanınmış sima olmusan. İndi pul istəmək düzgün deyil. Çünki insanlar bizi televiziya sayəsində tanıyıb və seviblər” -, deyə bildirib.

 
O, müğənni Xatirə İslamın şou gündəmini zəbt edən qonorar açıqlamasına etiraz edib. Oksananın fikrincə, Xatirə televiziya vasitəsilə populyarlıq əldə edib və buna görə də, kanal rəhbərlərindən qonorar tələb edə bilməz: "Əvvəlcədən belə olsaydı, deyərdim yaxşı! Axı buna öyrəşməmişik, hələ bizdə bu ənənə formalaşmayıb. Əgər telekanallar bunu özləri qəbul etsəydi, nə gözəl. Amma indi büdcə yoxdur”.

Qalmaqallı açıqlamaları ilə gündəmə gələn müğənni Əli Mirəliyev isə düşünür ki, müğənnilər efirə çıxmaq üçün ödəniş etməlidirlər.
 
 
Sfera.az-a danışan müğənni qeyd edib ki, bu gün gənc ifaçılar özfəaliyyət səviyyəsində oxuyurlar:


"Onlar sənətçi deyillər axı, pulu sənətkarlara verərlər. Mənə verirlər, onlara yox. Onlar  gedib səslərini studiyada yazdırırlar və "biz müğənniyik” deyirlər. Baxırsan ki, bu adam nə gəldi oxuyub. Həmçinin sözləri də təhrif edirlər. Onlara kim pul verər? Gərək həmin müğənni televiziyada göründüyünə görə pul ödəsin”.

Ə.Mirəliyev sovet dönəmində efirlərə dəvət edilən sənətkarlara qonorar ödənildiyini də vurğulayıb:

"Həmin pulu əldən almırdıq, ünvanlarımıza yollayırdılar. Müğənnilərin dərəcəsi var idi və bundan asılı olaraq 12 manatdan tutmuş 22 manata qədər ödəniş edilirdi. Yenə deyirəm, gənc ifaçılar efirə çıxanda pul ödəməlidirlər. Çünki onlar özfəaliyyət səviyyəsində oxuyurlar, peşəkar deyillər”.
 
Günay
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...