Xarici ölkələrin universitetlərinin diplomları ilə bağlı - Qərar

Xarici ölkələrin universitetlərinin diplomları ilə bağlı - Qərar
Nazirlər Kabineti 507 № li Qərarına dair izah verib.

Quruman Sfera.az-a bildirilib ki, Qərarla "Xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği” təsdiq edilib.

Qeyd edilib ki, "Xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 iyul tarixli 1088 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmişdir.

Tanınma prosedurunun birinci mərhələsi müraciətlərin qəbulu mərhələsidir və həmin mərhələnin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur. Bu isə elektron informasiya sisteminin təkmilləşdirilməsi və onun müşayiət olunması xərclərinin maliyyələşdirilməsini tələb edir.

OXŞAR XƏBƏRLƏR