Xarici ölkələrdən daxil olan bütün yük nəqliyyat vasitələri dezinfeksiya edilib ölkəyə buraxılır - VİDEO

Xarici ölkələrdən daxil olan bütün yük nəqliyyat vasitələri dezinfeksiya edilib ölkəyə buraxılır - VİDEO
 Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə martın 18-dən Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri müvəqqəti dayandırılıb.  

Sfera.az baku.tv-yə istinadən xəbər verir ki, bu məhdudiyyətlər yalnız sərnişinlərə və minik avtomobillərinə şamil edilib.  

Artıq bir neçə gündür ki, "Samur” buraxılış məntəqəsinin qarşısında yalnız yük avtomobillərini görmək mümkündür. Hazırda sərhəd buraxılış məntəqəsində yük nəqliyyat vasitələrinin gediş-gəlişində hər hansı bir məhdudiyyət yoxdur.  

Tranzit yükləri daşıyan nəqliyyat vasitələrinin ölkə ərazisində hərəkəti Dövlət Yol Polisinin müşayiəti altında həyata keçirilir. Xarici ölkələrdən daxil olan bütün yük nəqliyyat vasitələri dezinfeksiya işləri aparıldıqdan sonra təyinat nöqtələrinə yola salınır.  

Dövlət Gömrük Komitəsi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, ticarətin asan, maneəsiz və sürətli şəkildə həyata keçirilməsi istiqamətində zəruri addımlar atılır. 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...