Xarici işlər nazirinin müavini vəzifədən azad edildi – Yerinə bu şəxs gətirildi

Xarici işlər nazirinin müavini vəzifədən azad edildi – Yerinə bu şəxs gətirildi

Xarici İşlər Nazirliyində kadr dəyişikliyi reallaşıb.


Sfera.az-ın məlumatına görə, Nadir Hüseynov Xarici İşlər Nazirinin müavini vəzifəsindən azad edilib.


Onun yerinə isə Azərbaycan Respublikası Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavini Fariz Rzayev təyin edilib.

 

Xatırladaq ki, bir müddət öncə saytımızda Xarici İşlər Nazirinin müavini Nadir Hüseynovun və Avropa Birliyi ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəri Elxan Azayevin fəaliyyətlərinin araşdırılması haqda məlumat vermişdik. Nadir Hüseynovun tutduğu vəzifədən azad edilməsi isə Elxan Azayevin də hədəfə gələcəyini düşünmək üçün əsaslar yaradır.

 

Qeyd edək ki, o həm də Xarici İşlər Nazirliyi Həmkarlar İttifaqı komitəsinin rəhbəridir.


Orxan

Sfera.az

 

***

 

Dövlət Təhlükəsizlik Xidmətinin XİN-də həyata keçirdiyi anti-korrupsiya əməliyyatı ictimaiyyətə indiyə qədər bəlli olmayan bir çox həqiqətlərin üzərinə işıq saldı. İstintaqın gedişində daha ciddi nöqsan və pozuntuların üstünün açılacağı isə sirr deyil.


Sfera.az-ın redaksiyasına Avropa Birliyi ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəri, eləcə də Xarici İşlər Nazirliyi Həmkarlar İttifaqı komitəsinin rəhbəri Elxan Azayevin müəllifliyi ilə həyata keçirilmiş tikinti "əməliyyatları" haqda ilginc faktlar daxil olub.

 

Həmin məlumatları təqdim edirik:

 

Qeyd edək ki, Elxan Azayev nazir Elmar Məmmədyarovun ən inanılmış kadrlarından sayılır. Görünür, elə buna görə də Məmmədyarov 2008-ci ilin sentyabrında Elxan Azayevlə tikinti biznesinə qərar verir və "DİPLOMAT 2008" Mənzil Tikinti Kooperativini qeydiyyatdan keçirir. Şirkət 25 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 33 A, 53-dür. Ofisi XİN-in Konsulluq İdarəsinin keçmiş binası ilə üzbəüzdə yerləşir.



OXŞAR XƏBƏRLƏR

"Boşanan insanlar təzyiqlərə məruz qalırlar, çünki..." - Psixoloqdan valideynlərə ÇAĞIRIŞ

"Boşanmaq ikinci ən stressli həyat hadisəsi hesab olunur və insanların emosional rifahına mənfi təsir göstərir. Çox saylı araşdırmalara görə boşanmala...

Azərbaycanda müəllim qəfil VƏFAT ETDİ - FOTO

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.   Məlu...

"Məlumat xarakterli videoçarxlar, xəbərlər hazırlanmalıdır" - Millət vəkili

“İnsanlar bank adı ilə gələn zənglərin hansı məqsədlə edildiyini bilmirlər”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclas...

Ceyhun Bayramov çexiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbay...

"İran bu tip davranışlardan çəkinməli, düz yola qayıtmalıdır" - Qüdrət Həsənquliyev

“Biz 1991-ci ilin sərhədlərində suverenliyimizi bərpa etdik. Buna görə hakim partiyaya təşəkkür edirəm”.   Sfera.az xəbər verir ki, bunu ...

İlham Əliyev ukraynalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfl...