“Xarici dil müəllimlərinin çoxu həmin dildə danışa bilmir” - Problem

“Xarici dil müəllimlərinin çoxu həmin dildə danışa bilmir” - Problem
Son illər ölkəmizdə xarici dil öyrənməyə çalışanların, eyni zamanda bunun üçün dil kurslarına müraciət edənlərin sayında artım müşahidə olunur. Hazırda 11 illik orta ümumtəhsil və 4 illik ali təhsil müssisələrində rus, ingilis, alman və s. dillərində tədrislər həyata keçirilsə də, şagirdlər orta məktəblərdə xarici dili öyrənə bilmir.
 
İşin tragikomik tərəfi isə 11 il ərzində xarici dil öyrənə bilməyən şəxslərin dil kurslarına müraciət edərək 1 il, bəzən isə daha qısa müddətdə xarici dil öyrənməsidir.
 
Maraqlıdır, Azərbaycan gəncləri niyə xarici dildə danışmağı orta və ali təhsil müəssisələrində keçirilən dil dərslərində öyrənə bilmir?

Mövzu il bağlı Sfera.az-a danışan təhsil üzrə ekspert Elşən Qafarov deyib ki, hazırda Azərbaycan təhsil sistemində 152 mindən artıq müəllim çalışır.

"Həmin 152 min müəllimin 30 minə yaxını məhz xarici dil müəllimidir. Maraqlıdır ki, bizim dövlət ümumtəhsil müəssisələrin də çalışan 30 min xarici dil müəlliminin heç 300 nəfəri tədris etdiyi xarici dildə elementar ünsiyyəti bacarmır. Halbuki həm Təhsil haqqında qanunun 19-cu maddəsində, həm ümumtəhsil haqqında qanunda, həm də təhsil müəssisənin nümunəvi nizamnaməsində göstərilir ki, tam orta təhsil müddətini bitirən şəxslər ən azı bir və ya bir neçə xarici dildə ünsiyyət saxlamağı bacarmalıdır. Təsəvvür edirsiniz, müəllim tədris etdiyi xarici dildə danışa bilmir, lakin bu dilin tədrisini həyata keçirir. Bu elə özlüyündə problemin ciddiliyindən xəbər verir”, - deyə ekspert bildirib.

E.Qafarov qeyd edib ki, hazırda ölkədə xarici dil üzrə pedaqoji hazırlıq səviyyəsi çox bərbad səviyyədədir:

"Bu gün xarici dil müəllimlərini hazırlayan bir çox ali təhsil müəssisəsi var. Misal üçün, Azərbaycan Pedaqoji Universiteti, Azərbaycan Xarici Dillər Universiteti, Slavyan Universiteti və s. Bu universitetlərin 4-cü kurslarına gedib baxsaq, 4-cü kursu bitirən şəxslərin tədris edəcəkləri dili tam mənimsəmədiklərini, bəzən isə heç bilmədiklərini görə bilərik. Yəni ali təhsil müəssisələrində də vəziyyət ürəkaçan deyil. Buna görə də bu gün Azərbaycan gəncləri xarici dil kurslarına müraciət etməli olur. Onu da deyim ki, bu kurslar heç də ucuz deyil. Bir çox hallarda bahalı olan kurslara hər kəs gedə bilmir”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...