Xaricə göndərilən yeyinti məhsullarının miqdarı artıb

Xaricə göndərilən yeyinti məhsullarının miqdarı artıb
Bu ilin ilk 6 ayı ərzində Azərbaycanın ixracı 8,8 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac 1,2 milyard dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 248 milyon dollar və ya 27,1% artıb.

Sfera.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-iyun ərzində meyvə-tərəvəz ixracı 306,4 milyon. dollar, pambıq lifi ixracı 123 milyon dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 61 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53 milyon dollar, pambıq ipliyi ixracı 23 milyon dollar, kimya sənayesi məhsullarının ixracı 36 milyon dollar, şəkər ixracı 19 milyon dollar, bitki heyvan mənşəli piylər və yağlar ixracı 16 milyon dollar, spirtli və spirtsiz içkilərin ixracı 6,8 milyon dollar və çay ixracı 4,2 milyon dollar olub.

Bu ilin iyun ayı Azərbaycanın ümumi ixracı 1,3 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac 255 milyon dollar təşkil edib. İyun ayında  ticarət saldosu müsbət 400,5 milyon dolları olub ki, ötən ilin eyni ayında mənfi göstəriciyə malik idi.  Qeyri-neft sektoru üzrə ixrac ötən ilin iyun ayı ilə müqayisədə 33,7% və ya 64,2 milyon dollar daha çoxdur. Habelə, 2021-ci ilin qeyri-neft sektorunun tərkibi üzrə yeyinti məhsullarının ixracı 112,2 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 142,7 milyon dollar təşkil edib.

2021-ci ilin iyun ayında yeyinti və qeyri-yeyinti məhsullarının ixracında artım müşahidə edilib. Yeyinti məhsullarında 11,8%, qeyri-yeyinti məhsullarının ixracında isə ötən ilin eyni ayı ilə müqayisədə 58,1% artım müşahidə edilib. Yeyinti məhsullarının iyun ayı üzrə artımını şərtləndirən əsas hərəkətverici qüvvələr tərəvəz, meyvə, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları, heyvan və bitki mənşəli piylər, yağlar və onlardan alınan məhsullar, hazır yeyinti piyləri, heyvan və bitki mənşəli mumlar, yeməli meyvələr və qoz-fındıq, sitrus meyvələrin qabıqları və ya qovun qabıqcıları və s. təşkil edib. Qeyri-yeyinti məhsullarının tərkib hissəsində əsas drayver rolunu isə filizlər, şlaklar və kül, gübrələr, pambıq, qara metallar, plastmassa və onlardan hazırlanan məmulatlar, mis və ondan hazırlanan məmulatlar, yerüstü nəqliyyat vasitələri, dəmiryolu və tramvay nəqliyyat vasitələrindən başqa onların hissələri və ləvazimatları şərtləndirib.
 
Vasif
 
 
 

OXŞAR XƏBƏRLƏR