Xaricdən həkim çağırılması – Nə qədər vacib idi və niyə?

Xaricdən həkim çağırılması – Nə qədər vacib idi və niyə?

"Bu addım Azərbaycan səhiyyə sisteminin pandemiya ilə mübarizədə acizliyinin etirafıdır”.


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycana koronavirusla mübarizə üçün Türkiyə və Rusiyadan həkimlərin gətirilməsi məsələsinə münasibət bildirərkən Tibb elmləri doktoru Adil Qeybulla deyib:

 

 

"Əslində belə vəziyyətdə dünya təcrübəsinin bölüşməsi müsbət haldır. Koronavirusla mübarizədə ən yaxşı təcrübələri mənimsəmək işin xeyrinədir. Bu cür qarşılıqlı yardım əslində həm də humanitar yardımdır. Bunun neqativ tərəfi yoxdur”.

 

 

Həkimin sözlərinə görə sadəcə olaraq, buna o halda getmək olardı ki, artıq ölkənin bütün resurslarından istifadə edilsin: "İndiki halda isə ölkənin bütün mütəxəssis resurslarından lazımınca istifadə olunmadı.

 

 

Təəssüf ki, öz resurslarımızı kənara atıb, birbaşa xarici köməyə üz tutduq. Bu hal onu göstərir ki, Azərbaycanın səhiyyə sistemi pandemiyaya ilə mübarizədə aciz olduğunu ortaya qoydu. Bu bir faktdır. Gürcüstanda 3 nəfər mütəxəssisin iştirakı və düzgün sistemin qurulması ilə prosesə son qoyuldu. Azərbaycanda isə vəziyyət göz qabağındadır. Digər tərəfdən, mütəxəssis cəlb etmək vacibdirsə, yaxşı olardı ki, ABŞ və Avropanın daha təcrübəli həkimlərini dəvət edərdik”.


"Xaricdən həkimlərin dəvət edilməsi bir tərəfdən Azərbaycan həkimlərinə mənəvi və peşə dəstəyidir. Digər tərəfdən isə, bu ölkələrin uğurlarının bölüşdürülməsidir. Bu fonda eyni zamnada, təcrübə mübadiləsi olacaq”

 

Bunu isə sayta açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev dedi. Onun sözlərinə görə bu addım virus kimi qlobal təhdidə qarşı səyləri birləşdirməklə qlobal şəkildə cavab verilməsi nümunəsidir:


"Bilirsiniz ki, koronavirus pandemiyası başlayandan Azərbaycan Prezidenti cənab İlham Əliyev bu virusun qlobal təhdid olduğunu və ona da qlobal şəkildə cavab verilməsinin vacibliyini vurğulayıb.Prezident bunu həm ÜST rəhbərliyilə görüşündə, həm də BMT baş katibilə telefon söhbəti zamanı vurğulayıb. Bu mübarizədə bütün səylər birləşdirilməlidir. Ona görə də cənab Prezident dünya ölkələrinin təcrübələrinin bölüşməsi və ümumi strategiyanın müəyyənləşməsi və birgə səylər göstərilməsi üçün BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasını təklif edib”.

 

Məhz bu xəttin tərkib hissəsi olaraq,həmsöhbətimiz hesab edir ki,Azərbaycan hökumətinintəcrübələrin bülüşməsi, xüsusən yaxın ölkələrin koronavirusla mübarizədə əldə etdikləri uğurların səbəblərinin təcrübələrimizlə uyğunlaşdırılması məqsədilə Rusiya və Türkiyədən həkimləri dəvət etmələri doğru addımdır:

 

"Bu xüsusi bir yenilik də deyil. Bütün dünya ölkələrində belə təcrübə mübadiləsi aparılır. Ola bilsin Azərbaycan da öz həkimlərini müəyyən müddətdən sonra müraciət olarsa, başqa ölkələrə, gördüyümüz uğurlu işlərin nəticələrini təqdim etmək üçün, göndərsin.Azərbaycan pandemiya ilə əlaqədar 30-a yaxın ölkəyə yardım edib. Azərbaycana da humanitar yardım göstərən ölkələr var. Bütün bunlar virusla mübarizədə əldə olunan uğurlu nəticənin bölüşməsini şərtləndirir”.

 

 

M. Quliyevin fikrincə, bu hal o demək deyil ki, Rusiya və Türkiyədən gələn həkimlərdən yalnız öyrənəcəyik. Eyni zamanda, onlar da ölkəmizin təcrübəsini bölüşəcəklər: "Bütün dünyada bu istiqamətdə təcrübələr aparılır, öyrənilir, bölüşdürülür. Bir neçə ölkə də vaksin üzərində işləyir.

 

 

Xaricdən həkimlərin gəlməsi bir tərəfdən Azərbaycan həkimlərinə mənəvi və peşə dəstəyidir. Digər tərəfdən isə, bu ölkələrin uğurlarının bölüşdürülməsidir. Bu fonda eyni zamnada, təcrübə mübadiləsi olacaq. Xaricdən həkimlərin gətirilməsini elə qəbul etmək lazım deyil ki,yerli həkimlər virusla mübarizədə bacarıqsızdır, onun öhdəsindən gələ bilmir, ona görə də xarici köməyə möhtacıq.Yerli həmkimlər də bu işdə təcrübəlidir, sistem də düzgün qurulub. Amma təcrübə mübadiləsi hər zaman lazımdır”.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...