\"Xarıbülbül\" festivalı və Şuşadakı atəşfəşanlıq erməniləri qorxudub - VİDEO

\
Şuşada keçirilən "Xarıbülbül” musiqi festivalı və şəhərdə təşkil olunan atəşfəşanlıq erməniləri əməlli-başlı qorxuya salıb. Bu mövzü ölkə ictimaiyyətində, eləcə də KİV-də geniş müzakirələrə səbəb olub.

Sfera.az xəbər verir ki, belə müzakirələrdən biri də Ermənistanın "Esse TV” "YouTube” kanalında yayımlanan "Troye v lodke” verilişində baş tutub. Aparıcı Arman Qriqoryan və 30 il Azərbaycanda yaşamış, "Veçernaya Baku” nəşrində müxbir işləmiş İda Martirosyan Şuşada keçirilən festival barədə fikir mübadiləsi aparıblar.

Onlar veriliş boyu hazırda Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanı tənqid edib, onu vətənə xəyanətdə itiham ediblər. Aparıcı və verilişin qonağı ölkələrinin məhvolma astanasına gəlib çatdığını qeyd ediblər.

Qriqoryan bildirib ki, Şuşada Azərbaycan muğamı oxunur, Nikol isə hökumət iclasında sağlıq deyir. Martirosyan isə cavabında bəyan edib ki, vaxtilə Mehriban xanımı Şuşada çay içməyə və muğama qulaq asmağa dəvət edirdilər, onlar da bu dəvəti qəbul edib və yerinə yetiriblər.

Erməni cütlük həmçinin Şuşada təşkil olunan atəşfəşanlığa da toxunub və bunun Xankəndindən necə göründüyünü anladıqlarını da ifadə ediblər.

OXŞAR XƏBƏRLƏR

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İs...

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...