“Xankəndiyə bir güllə də atmadan qayıdacağıq” – Bunun necə baş tutacağı ilə bağlı açıqlama
12:10 / 21.10.2021
2124
"Qarabağda yaşayan ermənilər
arasında ümidsizlik gün-gündən artır. Hətta separatçı düşüncəyə sahib insanlar
belə bu gün Ermənistanın onlara yardım etməyəcəyini yaxşı bilir. Buna görə də,
Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilər gec-tez Azərbaycan qanunlarına
tabe olacaq”.
Bu sözləri Sfera.az-a açıqlamasındapolitoloq Qabil Hüseynli deyib. O, bildirib ki, 44 günlük müharibə
Ermənistanın təkcə hərbi baxımdan yox, həm də iqtisadi anlamda geriləməsini sürətləndirib:
"Bu, istər işsizliyin,
inflyasiyanın və yoxsulluq həddinin yüksəlməsində, istərsə də xaricə miqrasiya
etmək istəyən ermənilərin sayının dəfələrlə artmasında özünü göstərir. Müharibədən
sonra əhalinin ölkədən çıxma statistikası əvvəlki illərlə müqayisədə 2 dəfə
artıb. Ölkəni tərk edən əhalinin 80 faizdən çoxu isə geri qayıtmayıb. Eyni
tendensiya Azərbaycan ərazilərində yaşayan ermənilər üçün də keçərlidir.
Politoloq düşünür ki, Xankəndi və ətraf
ərazilər Azərbaycan yuridistiksiyasına müharibəsiz keçəcək:
Turan Rzayev