Xankəndinə göndəriləcək humanitar yardım Gəncə hava limanına çatdırıldı - FOTOLAR
17:19 / 06.12.2020
5896
Azərbaycan Respublikası ilə müvafiq razılıq əsasında Rusiya Federasiyası tərəfindən Xankəndinə çatdırılması məqsədi ilə göndərilən humanitar yük 2020-ci il dekabrın 6-da Gəncə beynəlxalq hava limanına çatdırılıb.
Sfera.az xəbər verir ki, humanitar yardım müəyyən edilmiş Gəncə-Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil yolu ilə yola düşüb.