Xankəndidə ofis axtaran deputatla bağlı açıqlama: “Qarabağda icmalar ola bilməz, amma...”
10:31 / 07.04.2021
940
"Xankəndində deputatın ofisi açıla bilər,
icmanın deyil”.
Sfera.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Milli Məclisin
deputatı Tural Gəncəliyevin Xankəndində ofis axtarmaqla bağlı paylaşımına
münasibət bildirərkən deyib.
Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ
olmadığı kimi, onun icmaları da
olmamalıdır: "Azərbaycan bütövdür və azərbaycanlılar unitar
dövlətin heç bir güşəsində icma deyillər. Amma Xankəndini, Hadrutu təmsil edən
deputatın digər rayonları təmsil edən millət vəkilləri kimi ofisi olmalıdır.
Ermənilər bilsinlər ki, unitar Azərbaycanda azlıq onlardırlar”.
Günay