Xankəndidə ofis axtaran deputatla bağlı açıqlama: “Qarabağda icmalar ola bilməz, amma...”

Xankəndidə ofis axtaran deputatla bağlı açıqlama: “Qarabağda icmalar ola bilməz, amma...”
"Xankəndində deputatın ofisi açıla bilər, icmanın deyil”.

Sfera.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyevin Xankəndində ofis axtarmaqla bağlı paylaşımına münasibət bildirərkən deyib.

Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ olmadığı kimi, onun icmaları da  olmamalıdır: "Azərbaycan bütövdür və azərbaycanlılar unitar dövlətin heç bir güşəsində icma deyillər. Amma Xankəndini, Hadrutu təmsil edən deputatın digər rayonları təmsil edən millət vəkilləri kimi ofisi olmalıdır. Ermənilər bilsinlər ki, unitar Azərbaycanda azlıq onlardırlar”.

Qeyd edək ki, ötən gün Tural Gəncəliyev hazırda Xankəndində yeni ofis binası üçün mümkün yerlər nəzərdən keçirdiyini bildirib. Onun sözlərinə görə, deputat kimi Xankəndinin bütün sakinlərini təmsil edir:"Etnik mənşəyindən asılı olmayaraq, hər kəsə yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm!”.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...