Xameneyi öldürülən generalı üçün belə ağladı - VİDEO
13:50 / 06.01.2020
2493
ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülən general Qasım Süleymaninin cənazəsi Tehrana gətirilib.
Sfera.az xəbər verir ki, Tehranda genrala cənazə mərasimi keçirilib. İnqilab Meydanında keçirilən mərasimə minlərlə insan qatılıb.
Süleymaninin cənazəsinin qarşısında komandirin mənəvi atası olaraq tanınan İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi gözyaşlarını saxlaya bilməyib. Mərasimdə İran prezidenti Həsən Ruhani və digər dövlət rəsmiləri qatılıb. (unikalorg)