Xalqların 200 illik Konqresində Qafqazı azərbaycanlı təmsil etdi - FOTO/VİDEO

Xalqların 200 illik Konqresində Qafqazı azərbaycanlı təmsil etdi - FOTO/VİDEO
21-24 iyun tarixlərində Venesuelanın paytaxtı Karakas şəhərində keçirilən "Dünya xalqlarının iki yüzillik konqresi" çərçivəsində Qafqaz - İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Qafqazı təmsil edib.
 
Sfera.az xəbər verir ki, konqresin keçirilməsində məqsəd dünya xalqlarını bir araya toplamaq və əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.

Konqres çərçivəsində Vətənimiz müxtəlif panel danışıqlarında təmsil olunub. Sözü gedən konqresin iştirakçısı olan gənclər "Qarabağ Azərbaycandır!” şüarını da səsləndiriblər. O cümlədən, Vətənimizi təmsil edən Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Venesuelanın aparıcı dövlət televiziya kanallarında Azərbaycanla bağlı çıxışlar edib.

Çıxışlarda Azərbaycan reallıqları, ölkənin iqtisadi inkişafı, Cənab Prezident İlham Əliyevin apardığı siyasi və iqtisadi kursun uğurları, Qarabağ həqiqətləri və Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı məlumatlar diqqətə çatdırılıb. 

Eyni zamanda, Konqres çərçivəsində Bolivianın, Ekvadorun sabiq prezidentləri-Evo Morales, Rafael Correa və Venesuela Bolivar Respublikasının başçısı Nikolas Maduro ilə görüşlər keçirilib. 

Qeyd edək ki, konqresdə 120 ölkə təmsilçisi  iştirak edib.
 



OXŞAR XƏBƏRLƏR

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Ramil Nəsirov vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı ...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...