Xalqın qələbəsinə kölgə salmağa cəhd etməyin!

Xalqın qələbəsinə kölgə salmağa cəhd etməyin!
10 noyabr müasir tariximizə milli qürur və fəxarət günü, 27 sentyabrdan bu günədək yaşadığımız dövr isə Xalq, Ordu və Ali Baş Komandan birliyinin qətiyyət, şücaət və hərbi-siyasi zəka nümayiş etdirdiyi, qəhrəmanlıq salnaməsi yazdığı şərəf dolu zaman kəsiyi kimi daxil oldu. 

Bu gündən Qələbə Günü kimi qeyd etməyə başladığımız tarix Azərbaycan xalqının dünəni və bugününə qızıl hərflərlə yazıldı. 30 ilə yaxındır işğal altında olan torpaqlarımız erməni istilasından qurtuldu və Ana Vətənə qovuşdu! Bir aydan çoxdur ki, biz hərb dövrünü, Vətən müharibəsini yaşayırdıq. Əsgərimizin gücü, canı və qanı bahasına müqəddəs torpaqlarımızı qaytarmağa müvəffəq olduq, 30 ildir dünyaya "məğlubedilməzliy”i ilə lovğalanan məkrli düşməni məğlubiyyətə uğradıb ağ bayraq qaldırmağa məcbur etdik. 

İndi qarşımızda daha iki böyük vəzifə durur: işğaldan azad olunmuş torpaqlarımızda vətəndaşlarımızın normal həyatının bərpası üçün lazım olan infrastrukturun yaradılması və yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın vətənlərinə köçürülməsi. Bu hədəflərin reallaşdırılması üçün kifayət qədər resurslarımız – maliyyə imkanları və insan potensialımız, ən əsası isə əzmimiz və iradəmiz var! Ancaq bütün bunlardan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin xalqa qələbə müraciətindən dərhal sonra baş qaldırmış ənənəvi qaraguruh, marginal və hər zaman hər şeydən narazı olub "hər şeyi hamıdan çox bilənlər”in bayraq etdikləri "arqumentlər”ə toxunmağımıza ehtiyac var. Onlar nədən narazıdırlar və nəyi bəyənmirlər? 30 ildir işğal, tapdaq altında olan yaşayış məskənlərimizin bizə qayıtmasındanmı? Milli qeyrət qalamız olan Şuşada bu gün Azərbaycanın müqəddəs üçrəngli bayrağının dalğalanmasındanmı? Azərbaycan Əsgərinin dünyaya Azərbaycan Xalqının gücünü nümayiş etdirməyindənmi? Ermənistan ordusunun darmadağın edilməsindənmi? Zərbələrimiz nəticəsində Ermənistanda dövlətçiliyin qeyri-müəyyənlik vakuumuna yuvarlanmasındanmı? Bir-birilərini didməyə başlamalarındanmı? Xalqımızın qanına susamış, Xocalı soyqırımını törətmiş onlarla qaniçənin cəhənnəmə vasil edilməsindənmi? Separatçıların müstəqillik xülyalarının üzərindən birdəfəlik xəttin çəkilməsindənmi? Yoxsa elə bu etiraz edənlərin də üzərindən "məğlub” statusu, ləkəsinin götürülməsindənmi? Təbii ki, anlamaq çətin deyil, onların sırasında populistlər yetərincədir, siyasi kapital axtarışında olanlar da, bekarçılıqdan əziyyət çəkənlər də, "müsahibə pələngləri” də, rifahımızı gözügötürməyənlər də, "Qarabağı təkbaşına qaytaranlar” da və ən əsası, xainlər də var. Ancaq onlardan hansısa sentyabrın 26-da bir aydan sonra doğma, müqəddəs Şuşamızda Azərbaycan zabitinin Ali Baş Komandana raport verəcəyini təsəvvür edə bilərdilərmi? Bu bir ayda yaşanan inanılmaz gərginlik, hərbi, siyasi, diplomatik təzyiq və təhdidlərə tab gətirərdilərmi? 

Qələbəmizin opponentlərinin ən böyük "arqument”i budur: Rusiya sülhməramlıları niyə bölgəyə gəldi, ordumuz onsuz da torpaqlarımızı azad edirdi və s. Sizin Silahlı Qüvvələrimizin bu səviyyəyə, peşəkarlığa, təminata və vətənpərvər ruha nə vaxt, necə malik ola bildiyindən xəbəriniz varmı? Bəlkə zərrə qədər zəhmətiniz var? Hərbi əməliyyatların aparılması üçün zəruri siyasi-diplomatik əsasların necə yarandığını, hansı zəhmət müqabilində başa gəldiyini bilirsiniz? Yaxud, 2, 3, 5 il bundan sonra baş verəcək, olacaqları proqnozlaşdırmaq, hesablamaq məharətinə, zəkasına maliksinizmi? Maliksinizsə, imzalanmış bəyanatdan qazandıqlarımızı anlayacaqsınız. Deyilsinizsə, şikayətlənməyə dəyməz. Alternativ istinadgahlarınızı görmədikmi bu bir ayda? "Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə keçməsinə yol verə bilmərik” deyən avropalılar? Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırış edən qərbli "demokratlar”? Narazılığınız onların narazılığıdırsa, anlaşılandır. Özfəaliyyətdirsə, xalqa qulaq asın, görün nə deyir, Prezidentini, Ali Baş Komandanını necə dəstəkləyir. Xalqın Qələbəsinə kölgə salmağa cəhd etməyin! Xalq nəyi, nə vaxt və necə etmək lazım olduğunu bilən liderini yaxşı tanıyır! 

Elnur Allahverdiyev, 
Milli Məclisin deputatı

 

OXŞAR XƏBƏRLƏR

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...