No Image
No Image

"Xalqın adamı xalqdan getdi” - Murad Arif Baloğlanla bağlı xatirəsini bölüşdü

"Baloğlan Əşrəfovun mahnıları 40 ildir xalqın dilində, nəğmələri başqa ölkələrin ulduzlarının repertuarında olub. Özü də ən ilk gündən xalqın artisti idi. Amma dünyadan köçərkən "əməkdar" deyirlər - 69 yaşında. Məncə "Baloğlan" özü xalq üçün bir titul, bir dərəcə idi”.

Sfera.az-ın məlumatına görə, bu sözləri bəstəkar-müğənni Murad Arif deyib. O, Baloğlan Əşrəfovun fərqli olduğunu qeyd edib:

"Çox zaman sənət və şəxsiyyət mövzusunda mübahisələr olur. İndi deyim, hər kəsin şəxsi həyatı şəxsi məsələdir. Amma, sənətində təkrarsız, gözəl olan biri öz yerini, ağzının danışığını da bilirsə, olur tam. Bax, Baloğlan Əşrəfov həmişə tam olub - fərqli, istedadlı və mədəni”.

M.Arif əməkdar artistlə bağlı bir xatirəsini də bölüşüb:

"2016-cı il idi, müğənni Elton Hüseynəliyevin musiqi direktoru idim. Bir dəfə bir məclisdə idik. O toya gələndə də kimsə "filankəslərin məclisidir" deyə bir söz demişdi. Toyu Baloğlan müəllim öz ansamblı ilə aparırdı, qonaqlar da yalnız Baloğlan tərzi, üslubunu, mahnılarını istəyirdi. Elton da dəvət almışdı. Olur da, məclisdə 2-3 nəfər şuluqluq salmağa, mane olmağa cəhd edər. Kimsə, Eltonun repertuarına müdaxilə etmək istəyir, bəlkə də yersiz sifariş var, ya nədirsə, səhnədə narahatlıq yaranır. 

Bunu bizim masadan Baloğlan müəllim gördü, dərhal, sıçradı səhnəyə, mikrofona 2 kəlmə söz dedi. Zabitəsi, ciddiliyi və kim olmasını hiss etdim, məclis sahibinə irad bildirdi, adamları da anında çəkdilər səhnədən uzağa, Elton ifasına davam etdi, Sona qədər də hər şey rahat keçdi. Hər adamın cürəti deyil ki, filankəsin toyunu dayandırıb, məclis əhlinə irad bildirsin. Bu epizodla Baloğlan Əşrəfovu şəxsiyyət kimi kəşf etdim”.

Bəstəkar qeyd edib ki, insanlar Əşrəfovun özünün də, səsinin də, nəğmələrinin də vurğunu idi: "Bu yaxınlarda, ağlıma gəldi ki, elə-belə, səbəbsiz zəng edim, hal-əhvalını soruşum. Çəkindim, ertələdim, gec oldu. Xalqın adamı xalqdan getdi”.

Qeyd edək ki, Baloğlan Əşrəfov ötən gecə koronavirusdan dünyasını dəyişib.
 
Türkan
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Qəlbimin gözəlliyini çox vaxt gizlədirəm" - Pərvin Abıyeva

Aktrisa Pərvin Abıyeva onu sevməyən insanlarla bağlı danışıb. Sfera.az bildirir ki, aktrisa sosial şəbəkə hesabında izləyicilərinin sualını cavablandırark...

Vəziyyəti ağır olan Mətanət İsgəndərlinin görüntüləri - VİDEO

Koronavirus infeksiyasına yoluxan əməkdar artist Mətanət İsgəndərli xəstəxanada müalicə alır, vəziyyəti ağırdır. Sfera.az xəbər verir ki, rəqqasə Fatimə Fətəli...

Bu da Arif Quliyevin YAŞADIĞI EV - XANIMI SON ARZUSUNU AÇIQLADI - VİDEO + FOTOLAR

Həyat yoldaşı Xalq artisti Arif Quliyevin son arzusundan danışıb. Aktyorla birgə yaşadığı evdən lent.az-a açıqlama verən Gülzar Quliyeva bu sözləri deyib:...

Mustafa Sandal 26 aydır aliment ödəmir: 740 min borcu yığılıb

Türkiyəli müğənni Mustafa Sandal keçmiş həyat yoldaşına borclu qalıb.   Sfera.az xəbər verir ki, ifaçı 3 il əvvəl boşandığı Emina Yahoviçlə alimentə görə...

90 yaşlı aktyor 5-ci dəfə evlənir: Bu dəfə özündən 48 yaş kiçik sevgilisi ilə... - FOTO

Rusiyalı aktyor İvan Krasko 5-ci dəfə ailə həyatı quracaq.   Sfera.az bildirir ki, 90 yaşlı aktyor özündən 48 yaş balaca, Natalya Smıkova adlı sevgilisi ...

Mədəniyyət Nazirliyindən Arif Quliyevin dəfn yeri ilə bağlı AÇIQLAMA

Mədəniyyət Nazirliyi tanınmış teatr və kino aktyoru, Xalq artisti Arif Quliyevin vəfatından kədərləndiyini bildirib, ailəsi və yaxınlarına başsaşlığı verib. ...