“Xalqımdan üzr istəyirəm, üzrxahlığımı qəbul edin” – Deputat Milli Məclisdə etiraflar etdi

“Xalqımdan üzr istəyirəm, üzrxahlığımı qəbul edin” – Deputat Milli Məclisdə etiraflar etdi
"Büdcə layihəsi müzakirə olunarkən başqa nələri müzakirə etməyin mümkünlüyünə diqqət etmədim. Yanlışlığa yol vermişəm. Məlum oldu ki, sürücülərin əməkhaqqı kəsilməyib. Onlar üçün, hətta kurs da təşkil edilib. Sənədlərdə gördüm ki, Milli Məclisdə  xeyli sayda insan yüksək vəzifələrə çəkiliblər. Bir neçə adama COVID-lə bağlı 500 manat yardım edilib.Bir müxalifət lideri bütün deputatları aşağıladı. Guya hər biri 200-300 minlik avtomobil istəyir. Səhv məlumat verməklə deputatlara nifrət aşıladı. Hesab edirəm ki, cəzamız verilib, hörmətli cənab sədr. Xahiş edirəm, üzrxahılığımı qəbul edin".

Sfera.az xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin plenar iclası zamanı bildirib. O, Milli Məclisin işçiləri üçün mənzil tikintisi təklifinin düzgün olmadığını etiraf edib:

"Məni deputatlar da, sosial şəbəkələrin fəalları də haqlı olaraq qınadı. Mən doğrudan da yanlışlığa yol vermişəm. Elə bilmişəm, indiki vəziyyətdə Milli Məclisdə ehtiyacı olanlara da mənzil vermək olar. Xalqımdan da üzr istəyirəm".
 
Spiker Sahibə Qafarova isə deputata gələn dəfə yanlış, təsdiqini tapmayan məlumatlarla Milli Məclisdə diskussiya aparmamağı təklif edib.

Qeyd edək ki, noyabrın 17-də keçirilən iclasında deputat parlamentin avtoparkının yenilənməsini təklif edərək, Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif etmişdi.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...