“Xalqı narazı salan məmurlar cəzalandırılmalıdır” - Razi Nurullayev yeni Baş prokurora müraciət etdi

“Xalqı narazı salan məmurlar cəzalandırılmalıdır” - Razi Nurullayev yeni Baş prokurora müraciət etdi
 Milli Məclisin bugünkü iclasında Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılıb. Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən, Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb. Məsələ Milli Məclisdə səsə qoyularaq qəbul edilib və Kamran Əliyevin Baş prokror vəzifəsinə təyin olunmasına razılıq verilib.

Milli Məclisin üzvü Razi Nurullayev özünün "facebook” səhifəsində Kamran Əliyevi təbrik edib:

"Bu çıxışı Parlamentdə tribunadan edəcəkdim. İmkan olmadı. Hesab edin ki, tribunadan deyirəm. İlk öncə, cənab Kamran Əliyevi Baş prokuror təyin edilməsi münasibətilə təbrik edirəm. Hörmətli Baş prokuror! Bu gün ölkədə sosial sahədə aparılan işlər neft gəlirlərinin pik vaxtında görülən işlərdən daha çoxdur və daha keyfiyyətlidir. Təzad bundan ibarətdir ki, indi o zamanlarda ayrılan büdcə vəsaitlərindən ən azı 4-5 dəfə daha az vəsait ayrılır, amma daha çox iş görülür. Indi çox çətin vəziyyət olsa da bütün şəhərlərdə, rayonlarda aparılan bərpa-quruculuq işləri, çəkilən yollar, keçirilən sosial layihələr ruh yaradır. Belə çıxır ki, o zamanlar isə büdcəni silmək üçün hazırlayırdılar. Dövlət ehtiyacları üçün ayrılan vəsaitlər bəzən 70-80% silinirdi. Bunu məsuliyyətlə deyirəm. Uzun zaman keçməyib, bu məsələlərin araşdırılmasını, hüquqi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edirəm. Milyardları mənimsəmək oyuncaq deyil, dövlətə xəyanətdir və siz yeni prokuror kimi bu məsələlərə işıq salmalı və xalqın gözləntilərini doğrultmalısınız”.

Razi Nurullayev xalqı narazı salan məmurların cəzalandırılmasnı vacib sayıb:

"Sizinlə görüşək, sizə çox məsələləri sadalayım. Xalq dövlətindən niyə narazı qalmalıdır? Çünki, çoxları dövlət vəsaitini şəxsi vəsaiti kimi xərcləyib. 1999-2009-cu illərdə xeyli sayda bələdiyyələrdə yüz milyonlarla vəsait oğurlanıb. Torpağın baha vaxtında hektarlarla əraziləri sataraq on milyonlarla vəsaiti oğurlayıblar. Minlərlə dövlət müəssisələri, şirkətlər qəpik-quruşa özəlləşdirilib. Bunları araşdırın, üzə çıxarın. Bu xalqın sərvəti olub və onlar talan edilib. İnanıram ki, cənab Prezident də sizin qətiyyətli prokuror olduğunuzu nəzərə alaraq sizə bu yüksək etimadı göstərmişdir. Siz bir mövzunu da deyim, üzə çıxarın. Yüzlərlə milyoner və milyarder həmyerlimiz var. Onlar niyə Azərbaycana sərmayə qoymaq istəməyiblər? Çünki, onların başqa ölkələrdə qazandıqları pullları burada onların əlindən almaq istəyiblər. Açmaq istədikləri şirkətlərdə minumum 50 % pay istəyiblər. Bu ölkəni dağıdıblar, talan ediblər, əziyyətini bu gün biz çəkirik və xalqla bərabər ən böyük əziyyətini ölkə rəhbərliyi çəkir. Inanıb önə çəkdiyi insanlar xəyanət yolu tutublar. Bu məsələləri millət vəkilləri ilə müzakirə edin, cənab Baş prokuror!”

OXŞAR XƏBƏRLƏR

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

“Bəzən qətillərə səbəb heç də tamah və ya əxlaq problemlərindən qaynaqlanmır”.   Sfera.az bildirir ki, bunu "Təmiz Dünya" Qadı...

"Deyirlər ki, rus hərbçilərini ilk dəfə biz çıxarmışıq. Hara çıxarmısan?" - Millət vəkilindən müxalifətə

“Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir”.   Sfera.az x...

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.   S...