Xalq Bank III rübü uğurla başa vurdu

Xalq Bank III rübü uğurla başa vurdu
 

2019-cu ilin üçüncü rübü ərzində maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə əsasən ASC "Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım tempini qoruyub. Belə ki, cari ilin sentyabr ayının sonuna aktivlərin həcmi ötən ilin sonu ilə müqayisədə 169.19 mln manat (8,43%) artaraq 2 177.37 mln. manata çatıb. Bankın müştərilərə verilən kreditlərinin həcmi 192.17 mln. manat (13,9%) artaraq 1 547.77 mln. manat təşkil edib. Müştərilərdən cəlb olunan depozitlərin həcmi 160.39 mln. manat (12,73%) artaraq 1 419.80 mln. manata çatıb.

Qeyd etmək lazımdır ki, bankın maliyyə-təsərrüfat fəaliyyətində müşahidə olunan müsbət trend, əsasən gəlir gətirən aktivlərin diversifikasiyası, yeni müştərilərin cəlb olunması, əməliyyat gəlirlərinin artırılması və xərclərin optimallaşdırılması nəticəsində yaranmışdır. Qeyd olunan dövr ərzində Bankın faiz gəlirləri ötən ilin anoloji dövrünə nisbətən 365.9 min manat (0,45%) artaraq 82.51 mln. manat, faiz xərcləri isə 3.3 mln. manat (18,84%) azalaraq 14.21 mln. manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 9.99 mln. manat (251,52%) artaraq 13.96 mln. manat, qeyri-faiz xərcləri isə 6.76 mln. manat (22%) artaraq 37.26 mln. manat təşkil edib. 2019-cu ilin doqquz ayı ərzində Xalq Bank öz mənfəətliliyini qoruyub saxlamış və ötən ilin anoloji dövrü ilə müqaisədə 6.56 mln. manat (36.52%) artım nümayiş etdirərək ilin ilk üç rübünü 24.52 mln manat xalis mənfəətlə bitirib. Bankın cəmi kapitalı сari ilin 9 ayı ərzində 125.91 mln. manat (44.57%) artaraq 408.39 mln. manata çatıb, nizamnamə kapitalı isə 364.77 mln. manat təşkil edib.


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...