“Xalq Bank” böyüyüb, gəlirləri və mənfəəti artıb

“Xalq Bank” böyüyüb, gəlirləri və mənfəəti artıb
 "Xalq Bank” 2020-ci ilin birinci rübünü 9 milyon 44 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın mənfəəti 7 milyon 199 min manat olub. Belə ki, "Xalq Bank”ın xalis mənfəəti 26% artıb.

Sfera.az bu barədə bankın maliyyə göstəricilərinə istinadən xəbər verir.

Cari ilin yanvar-mart aylarında bankın cəmi gəlirləri 35 milyon 448 min manat (illik müqayisədə 18% çox), cəmi xərcləri isə 16 milyon 396 min manat (5% az) təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 5 milyon 441 min manat ayrılıb.

"Xalq Bank”ın cəmi aktivləri 2 282,9 milyon manat olub ki, bu da illik müqayisədə aktivlərin 3% artması deməkdir. Bunun 1 665,3 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, "Xalq Bank”ın kredit portfeli 14% böyüyüb.

"Xalq Bank”ın öhdəlikləri 4% azalaraq 1 861,7 milyon manat, balans kapitalı isə 49% artaraq 421,2 milyon manat olub.

OXŞAR XƏBƏRLƏR

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...