Xalq artistinin səhhəti ilə bağlı xoş xəbər
Cəmiyyət
22:45 / 12.12.2019
3069
Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Rəfael Dadaşovun vəziyyəti normallaşıb.
Sfera.az xəbər verir ki, bu barədə trend-ə Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilir ki, xalq artistinin vəziyyəti normaldır və palata şəraitində müalicəsini davam etdirir: "Özünü yaxşı hiss edir. Müalicəsi davam etdirilir. Şənbə günü evə buraxılacaq".