Xalq artistinin qızı və kürəkəni karantinə yerləşdirildi

Xalq artistinin qızı və kürəkəni karantinə yerləşdirildi

"Olduqca təhlükəli və faciəvi vəziyyətdir. Bizimkilər başa düşmürlər, küçədə-bayırda gəzirlər, Bulvara çıxırlar, hansı bəla ilə üz-üzə qaldığımızı hələ dərk etmirlər”.

Sfera.az bildirir ki, bunu APA-ya açıqlamasında Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli deyib.

F. Bədəlbəyli bildirib ki, İtaliyadan dostları var, onlarla danışır: "Mənə deyirlər ki, ölkələrində vəziyyət pisdir. Nəyə görə? Çünki italiyalılar bir az bizə oxşayırlar. Çindəki kimi qayda-qanun, dəmir yumruq İtaliyada yoxdur. Çində hər şeyi ordu həll edirdi, İtaliyada isə belə deyildi. Restoranlar, kinoteatrlar, barlar açıq idi. Camaat axşamlar küçəyə tökülüşürdü. Ona görə orda indi faciə yaşanır. İtalyalı dostlarım mənə tapşırırlar ki, siz bizim problemləri təkrar etməyin, insanları başa salın ki, bu çox böyük təhlükədir, ehtiyatlı olun, qoyulan qaydalara əməl edin”.

F. Bədəlbəyli ABŞ-dan qayıdan qızı və kürəkəninin hazırda karantində olduğunu vurğulayıb: "Mən onların karantinə alınmamaları üçün heç bir şey etmədim. Qoy nə qədər lazımdır karantində otursunlar. Burda tanış, hörmət filan keçmir. Nə lazımdır, o da olmalıdır, başqa cür ola bilməz”.

Xalq artisti koronavirus pandemiyası ilə mübarizənin müharibəyə bənzədiyini diqqətə çatdırıb: "Bu, müharibədir. Ermənistan kimi virusun biri az idi, indi də koronavirus çıxıb. Bəlkə bu, ondan da təhlükəlidir. Ona görə mən hamıya deyirəm, bir az özünüzə gəlin. Nə qədər restoran olar, nə qədər kef olar, nə qədər qonaqlığa getmək olar? Bəsdir! Bir az ciddilik lazımdır. Ölkə çox çətin vəziyyətdədir. Dövlət hər şey edir. Qocalardan kim təkdir ərzaq göndərəcəklər, könüllülər yaxşı işləyəcəklər. Bizdə bu sistem çox yaxşı qurulub. Ona görə mən hamıya deyirəm, çölə çıxmayın, evdə oturun. O qədər kitab var, oxusunlar, internet var, sosial şəbəkələr, filmlər, seriallar var. Evdə qalıb vaxt keçirmək üçün hər cür vasitə var. Yenə də deyirəm, bu çox ciddi məsələdir. Mənə italiyalı dostlarım da deyirlər, siz orda hamıya başa salın ki, vəziyyət çox ciddidir”.

Rektor koronavirusla mübarizə çərçivəsində Bakı Musiqi Akademiyasının hazırladığı layihə barədə də məlumat verib: "Bizim Akademiyanın tələbələri, müəllimləri, məzunları, aspirantları – hər kəs evdən bir musiqi parçası ifa edir və bu musiqi parçası Bakı Musiqi Akademiyasının saytında yerləşdirilir. Biz də heç olmasa bu karantin günlərində insanlarımıza musiqi hədiyyə edərək kömək etməyə çalışırıq. Əlimizdən başqa nə gəlir? Camaatın könlünü almaq lazımdır. Qoy, hər kəs öz sahəsində əlindən nə gəlirsə, eləsin. Yalnız möhkəm olaq. Bizdən evdə oturmaq tələb olunur, bəs bizim əsgərlərimiz neyləsinlər? Ön cəbhədə düşmənlə üzbəüz dayanırlar. Biz heç olmasa rahat evdə otururuq, hər şeyimiz var. Bir az fikirləşmək lazımdır ki, biz müharibə aparırıq. Bu ikinci cəbhədir, bunu unutmamalıyıq”.

OXŞAR XƏBƏRLƏR

Ülvi Quliyev: “Türkiyə prezidentinin qəbul formatına aydınlıq gətirildi”

  Avqustun 11-də Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovu və Müdafiə naziri Zakir Həsənovu eyni vaxtd...

Ermənistandakı dövlət çevrilişində Paşinyanın əl atdığı sensasion metodlar

  Tabutu başqasının qapısı qarşısında qoyanda, ölülərinizin qapınıza gətiriləcəyini gözləyin "Tabutu başqasının qapısı qarşısında qoyanda, ölülərinizin ç...

Zakir Həsənovun Türkiyə səfərindən gözləntilər - Ekspert şərhi

 "Regionda baş vermiş son hadisələr – Tovuz rayonunda Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribat törətməsi, sərhədləri pozması, dinc əhalin...

Paşinyanın əsl siması üzə çıxdı

 Ermənistan baş naziri Nikol Paşinyan Belarus prezidenti vəzifəsinə yenidən seçilmiş Aleksandr Lukaşenkonu əldə etdiyi uğura görə təbrik etməklə öz əsl sim...

Hadı Rəcəbliyə zərbə - Qardaşı işdən çıxarıldı

Lənkəran Şəhəri üzrə Maliyyə İdarəsinin rəisi Rəcəbov İqbal Musa oğlu vəzifəsindən azad edilib. Sfera.az mediapost-a istinadla xəbər verir ki, Maliy...

Sevr sülh müqaviləsinin kölgəsində sığınacaq axtaran Ermənistan alimlərinin növbəti səfehliyi

  10 avqust tarixində Ermənistan paytaxtı İrəvan şəhərində Ermənistanın milli elmlər akademiyasının təşkil etdiyi "Sevr müqaviləsi və erməni məsələsi” adl...