Xalq artisti yeganə övladını "detdom"a atıb - VİDEO

Xalq artisti yeganə övladını

"Bizim Cəbiş müəllim"  filmində yaratdığı Cəbiş müəllim obrazı ilə yaddaşlara həkk olan aktyor Süleyman Ələskərov yeganə övladını uşaq evinə atıb.

Sfera.az baku.ws-ə istinadən xəbər verir ki, bu sirri xalq artistinin nəvəsi açıb.

Xalq artistinin doğma qızı Humayın qızı Nisəxanım "BizimləSən" proqramında bildirib ki, babası S.Ələskərov onun anasını Göygöl rayonundakı Uşaq evinə atıb.

"Babam anamı "detdom"a verib. O, pis adam olmayıb, onu buna məcbur ediblər. Daha sonra evləndiyi xanımın atası ilə anası, yəni babamın qayınatası ilə qayınanası anamı oradan götürüb saxlayırlar. Aktyorun doğma qızı kimi tanıdığımız Sevil xanım övladlığa götürülüb. Aktyorun ikinci həyat yoldaşının bacısının qızıdır, yəni baldızı qızıdır", - Nisəxanım deyib.

Aktyorun nəvəsi doğma nənəsini axtarmaq üçün proqrama müraciət edib. 

Xatırladaq ki, Süleyman Ağababa oğlu Ələsgərov 20 iyun 1915-ci ildə Bakıda doğulub. 63 il Gənc Tamaşaçılar Teatrında çalışıb. 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib.

OXŞAR XƏBƏRLƏR

ŞAD XƏBƏR! Azərbaycanın bu bölgəsində koronavirus bitdi

 Ölkə üzrə koronavirusa yoluxma faktlarının böyük hissəsi (55,1%) yenə də Bakının payına düşür. Sfera.az xəbər verir ki, bu barədə statistika TƏBİB-in koro...

Azərbaycanda 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

 Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 537 yeni yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. ...

Prezident bu qanuna dəyişiklik etdi

  Prezident İlham Əliyev "Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Sfera.az xəbər verir ki, qanuna dəyişiklik ədalət mühakiməs...

Sabaha olan hava proqnozu

  8 iyulda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasınd...

Paytaxtda olan kəskin qoxunun səbəbi məlum oldu – RƏSMİ

  Ötən gün axşam saatlarında Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər N...

Koronavirus Azərbaycanın hansı bölgəsində daha çox yayılıb? - STATİSTİKA

  Azərbaycanda COVID-19-a yoluxma hallarının rayon və şəhərlər üzrə yeni statistikası açıqlanıb. Sfera.az xəbər verir ki, yoluxmanın 55,1 %-i Bakının pay...