Xalq artisti Prezidenti evinə qonaq çağırdı – İlham Əliyev dəvəti qəbul etdi

Xalq artisti Prezidenti evinə qonaq çağırdı – İlham Əliyev dəvəti qəbul etdi
Bizim Sizə həsr olunan, Sizə göstərəcəyimiz xüsusi arxivimiz var.

 
"Mən istəyirəm ki, Siz nə vaxtsa ailənizlə birgə bizim qonağımız olasınız. Bağışlayın, çünki bunu möhtərəm Prezidentimiz Heydər Əliyev demişdi. O demişdi ki, Allah qoysa, təzə mənzilinizi alın, təmirinizi edin və mən sizə qonaq gələcəyəm. Odur ki, biz Sizi hər zaman gözləyirik”

Bu sözləri Xalq artisti Xuraman Qasımova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı çıxışında deyib.

Sfera.az Xalq artistinin çıxışının tam mətnini sizə təqdim edir:

"Cənab Prezident, çox üzr istəyirəm, mən özüm çıxış etmək istədim. Çünki mən bilirəm, möhtərəm Prezidentimiz, sevimli Mehriban xanım, burada əyləşən insanların ürəyi o qədər doludur, hər kəs Sizin olduğunuz məclisdə iki kəlmə də olsa çıxış etmək istəyir. Çünki Siz bizim hər birimiz üçün o qədər gözəl işlər görmüsünüz, daşıdığımız fəxri adlar, aldığımız təzə mənzillər, bunları sadalamaq çox vaxt alar.

Amma mənim çoxdankı arzum var. Siz Fidan xanımı bu yaxınlarda ən yüksək mükafatla - "İstiqlal” ordeni ilə təltif etdiniz. Cənab Prezident, bu ordeni ona şəxsən Siz verdiniz. Biz çox fəxr edirik, çünki Sizin ailəniz, başda Ulu Öndərimiz olmaqla bizim ailəmizin həyatında böyük rol oynamısınız. Biz bunu heç zaman unutmuruq.

Bu gün susmaq olmazdı. Bircə arzumuz var. Vaxt elə keçir ki, mən bilmirəm Siz bizim ikimizi bir də səhnədə nə vaxtsa görəcəksiniz ya yox. Çünki özünüz demisiniz ki, çox nadir hallarda teatra gedirsiniz. Görürsünüz, burada neçə nəfər istəyir ki, Siz teatra tez-tez gedəsiniz. Amma çox təəssüf ki, biz artıq teatrda çalışmırıq, yalnız Konservatoriyada çalışırıq və bununla da fəxr edirik. Mən yalnız demək istəyirəm ki, möhtəşəm Heydər Əliyev Fondu var. Onu demək istəyirəm ki, bizim evimizdə də Sizin ailənizə həsr olunan kiçik fondumuz var. Mən Sizdən bütün xahişlərdən bir az qeyri-adi bir xahiş etmək istəyirəm. Mən istəyirəm ki, Siz nə vaxtsa ailənizlə birgə bizim qonağımız olasınız. Bağışlayın, çünki bunu möhtərəm Prezidentimiz Heydər Əliyev demişdi. O demişdi ki, Allah qoysa, təzə mənzilinizi alın, təmirinizi edin və mən sizə qonaq gələcəyəm. Odur ki, biz Sizi hər zaman gözləyirik, bizim Sizə həsr olunan, Sizə göstərəcəyimiz xüsusi arxivimiz var. Dinlədiyinizə görə çox sağ olun”.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...